Nizamimusiqi

 

Noyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda gənc bəstəkarların kamera-vokal əsərlərindən ibarət “Nizamimusiqi” adlı konsert keçirildi.

ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq bildirdi ki, bu il dahi şairimizin 880 illik yubileyinə həsr edilən silsilə tədbir və layihələr həyata keçirilir: “Bəstəkarlar İttifaqı olaraq bizbu mövzuda müxtəlif səpkili tədbirlər keçirmişik. Bir çox bəstəkarlarımız dahi şairin əsərlərinə musiqilər yazıblar. İstərdik ki, müasir bəstəkarlarımız da Nizami irsindən ilham alsın və dəyərli əsərlər yaratsınlar. Sözsüz ki, Ü.Hacıbəyli, Q.Qarayev və F.Əmirov səviyyəsinə qalxmaq çətindir. Ancaq o zirvələrə doğru irəliləməli və yazıb-yaratmalıyıq”.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlova şairin əsərlərində musiqinin yerindən danışdı. Qeyd etdi ki, N.Gəncəvi əsərlərində musiqidən geniş bəhs edib.XosrovŞirin”, “İskəndərnamə” poemalarında 20-dən çox musiqi alətinin – cəng, bərbət, ney, təbil və s. adını çəkir.

Çıxışlardan sonra gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Ülkər Aşurbəyovanın “Gözüm aydın, gözümə surəti-canan görünür”, Lalə Əhmədovanın “Görünür”, Elvin Quliyevin “Gecə”, Aydan Əliyevanın, “Olacaqsan”, Ümidə FətəliyevanınEy dost”, Vəfa Bağırzadənin “Eşq”, Hakim Məmmədlinin “Gözüm aydın”, Sara Dilrubanın “Bu qəlbim ahu-zar edər” adlı əsərləri səsləndirildi.

 

S.FƏRƏCOV

Mədəniyyət.- 2021.- 26 noyabr.- S.3.