“Gənclərə dəstək” layihəsinin 5 illiyinə həsr olunmuş konsert

 

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Gənclərə dəstək” layihəsinin 5 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri və dirijor Orxan Həşimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Proqramda tanınmış bəstəkarların əsərləri ilə yanaşı, gənc müəlliflər, layihə iştirakçıları Lalə Əhmədova və Yusif Abbasovun da əsərləri səsləndirilib.

Konsertin sonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineuxvokal ansamblının ifasında bəstəkar Pikə Axundovanın “Gənclərə dəstək” layihəsi üçün xüsusi bəstələdiyi himn (sözləri Aysel Kərimindir) ifa olunub. Ansamblın bədii rəhbəri və dirijoru Əməkdar artist Naala Barateliyadır.

Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2016-cı ildən həyata keçirilir. Layihənin rəhbəri Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə, koordinatoru musiqişünas Ayla Kərimova-Zəkəriyyədir. “Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlər həm Filarmoniyada, həm də KameraOrqan Musiqisi Zalında keçirilir.

 

Mədəniyyət.- 2021.- 26 noyabr.- S.5.