Forumun fəxri qonaqlarına xatirə nişanları verilib

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpümövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu davam edir.

24-26 noyabr tarixini əhatə edən forum çərçivəsində noyabrın 25-də Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı beynəlxalq tədbirin fəxri qonaqlarına təqdim olunub.

Xatirə nişanını forum iştirakçılarına mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Elnur Əliyev çıxışında xatirə nişanının dahi şairin yaradıcılığının təbliği baxımından əhəmiyyətini vurğulayıb, onun beynəlxalq aləmdə Nizami irsini tərənnüm edən simvol kimi qiymətləndirib, foruma qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirib.

Qeyd edək ki, xatirə nişanı Prezident İlham Əliyevin 2021-ci ilinNizami Gəncəvi İlielan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunanDahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb.

 

Mədəniyyət.- 2021.- 26 noyabr.- S.1.