Hər zaman, harda
olsan hünərin ovçusu ol...
Nizami sözündən incilər
Nizami Gəncəvinin
“Xəmsə”si dünya
poetik-fəlsəfi fikrinin
zirvəsində dayanır. “Xəmsə”yə
daxil olan beş poema-məsnəvidə
bütün zamanların
ən humanist, ümumbəşəri
idealları parlaq bədii əksini tapıb. “Nizami
Gəncəvi İli”
qüdrətli söz
ustadının misilsiz
xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün
yeni zəmindir.
“Nizami sözündən
incilər”də dahi şairin möhtəşəm
beşliyindən növbəti
seçmələri təqdim
edirik.
Könlündə lovğalığa deyil,
hünərə ver yol,
Hər zaman, harda olsan hünərin
ovçusu ol.
(“Sirlər xəzinəsi”)
Oğrunun əlində olsa
yüz dəhrə,
Bir qışqırsan
qorxub yıxılar yerə.
(“Xosrov və Şirin”)
Əlini vurmasa oda bir
nəfər.
Odun istisini necə hiss edər?
(“Leyli və Məcnun”)
Hər halda sən çalış, həyat
əməkdir,
Cənnət kahıllığı nəyə
gərəkdir?
Kim qayğı bəsləsə
öz əməyinə,
Özgəyə pis baxsa, o pisdir
yenə.
(“Yeddi gözəl”)
O, qədər xəbərsiz yatma hər zaman
Ki, birdən
sel gəlib aşar başından.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Aslanın böyrünə əl
çəkmək üçün
Üstün olmalıdır aslana gücün.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Mədəniyyət.- 2021.- 1
oktyabr.- S.7.