Ölkəmizin turizm imkanları Rusiyanın səyahət platformasında

 

Azərbaycan Turizm Bürosu Rusiyanın ən iri səyahət platformalarından biri olantravelask.ru” ilə əməkdaşlığa başlayıb. Saytda Azərbaycanın 5 turizm marşrutu haqqında geniş məlumat yerləşdirilib.

 

Məlumatlarda qastronomiya, sağlamlıq və rekreasiya, mədəni marşrutlar, eləcə də paytaxt Bakı üzrə marşrut oxucuların diqqətinə çatdırılır.

 

“Azərbaycanın 9 təbii möcüzəsi” adlı beşinci marşrut isə mövcud çimərliklər, palçıq vulkanları, dağ-xizək kurortları, milli parklar, haykinq turları və digər təbii resurslar əsasında inkişaf etdirilmiş turizm təkliflərini, eləcə də işğaldan azad olunmuş Qarabağ regionunun zəngin təbii sərvətlərini geniş şəkildə təqdim edir.

 

Bundan əlavə, “travelask.ru” saytında rusiyalı turistlər üçün müsabiqə elan olunub. Müsabiqə saytda yerləşdirilmiş turizm marşrutları əsasında tərtib edilmiş sorğu şəklində aparılır. Sorğunun nəticəsinə uyğun olaraq təklif edilən turizm turunuFacebook” və yaVkontaktesosial şəbəkəsində paylaşan istifadəçilər arasında təsadüfi seçim əsasında müəyyənləşən 2 şəxsə Azərbaycana səyahət turu hədiyyə olunur.

 

2015-ci ildən istifadəyə verilmiştravelask.ru” saytının aylıq unikal istifadəçi sayı 7 milyona çatır. Müxtəlif turizm destinasiyaları haqqında mütəmadi olaraq səyahət bələdçisi hazırlayan sayt aviabiletlər, hotel, tur paketləri və turistik səfərlərin onlayn sifarişi üçün 1000-dən çox xidmət təminatçısının ən sərfəli təkliflərini bir araya gətirir.

 

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu bundan əvvəl beynəlxalq platformalar olanWego”, “Expedia” və “Aviasales” ilə əməkdaşlığa başlayıb.

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.8.