Teatrlar, kinoteatrlar, kitabxanalar, konsert zalları...
1 oktyabr
tarixindən açılır
Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına
əsasən, 2021-ci il oktyabrın 1-dən
Azərbaycanda xüsusi
karantin rejimi çərçivəsində növbəti yumşalmalar
olacaq.
Qərara
əsasən, istirahət
və əyləncə
məkanlarının (klublar
daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının
(bulvar və parkların ərazisində
olanlar daxil olmaqla) fəaliyyəti, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin
(konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların
fəaliyyəti, iri ticarət mərkəzlərinin
nəzdindəki uşaq
və digər əyləncə mərkəzlərinin,
eləcə də ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti bərpa edilir.
Fəaliyyəti bərpa edilən
iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı
məkanlarında göstərilən
xidmətlərdən yaşı
18-dən yuxarı olan
şəxslər yalnız
COVİD-19 pasportu, yaxud
COVİD-19 infeksiyası əleyhinə
peyvəndə əks
göstəriş sertifikatına
sahib olduqları halda istifadə edə bilərlər.
Həmçinin sözügedən iş
və xidmət sahələrinin işçi
heyətinin 80 faizinin
COVİD-19 pasportuna və
ya COVİD-19-a qarşı
immunitet sertifikatına
malik olması şərtdir.
İş və xidmət sahələri üzrə
fəaliyyət göstərən
məkanlarda COVİD-19 pasportunun
verifikasiyası prosesinin
təşkili və baş verəcək pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.
Beləliklə, 2020-ci ilin mart ayında pandemiya səbəbindən
qapıları tamaşaçı
üzünə bağlanan
teatrlar, kino nümayişi məkanları
və konsert zalları 1 oktyabr tarixindən açılır.
Yeri gəlmişkən, 1 oktyabr Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən
1975-ci il oktyabrın 1-də təsis olunan gün ənənəvi
olaraq konsert
proqramları ilə qeyd edilir.
Mədəniyyət.- 2021.- 1
oktyabr.- S.1;3.