“MDB kitabxanalarının üç
onillik tərəfdaşlığı”
Düşənbədə beynəlxalq konfrans
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 29-30 sentyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə keçirilən “MDB kitabxanalarının üç onillik tərəfdaşlığı: istinadlar və inkişaf strategiyaları” adlı beynəlxalq konfransda təmsil olunub.
Konfrans Düşənbə şəhərinə “MDB-nin Mədəniyyət Paytaxtı – 2021” statusu verilməsi və MDB-nin yaranmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində gerçəkləşib.
Milli Kitabxananın beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova konfransda iştirak edib. O, “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri MDB ölkələri kontekstində” adlı məruzəsində MDB-yə üzv ölkələrin kitabxanaları ilə əməkdaşlıqdan bəhs edib. Bildirib ki, Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişlənməsində beynəlxalq kitab mübadiləsi böyük əhəmiyyət kəsb edir. Direktor müavini Milli Kitabxananın dünyanın 70 ölkəsinin kitabxanası ilə beynəlxalq kitab mübadiləsi həyata keçirdiyini diqqətə çatdırıb.
Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat mübadilə fonduna məxsus “Salam, Azərbaycan!” və “Əbdürrəhman Cami. Seçilmiş əsərləri” kitablarını Tacikistan Milli Kitabxanasına bağışlayıb.
İki sessiyadan ibarət konfransda Tacikistan Milli Kitabxanasının direktoru Jumaxon Xoloviç, Belarus Milli Kitabxanasının baş direktoru Oksana Knijnikova, Rusiya Milli Kitabxanasının Beynəlxalq fəaliyyətlər şöbəsinin müdiri Kseniya Borisovna və başqalarının çıxışları dinlənilib.
Konfrans çərçivəsində
bir sıra əməkdaşlıq
müqavilələri imzalanıb.
Mədəniyyət.- 2021.- 1
oktyabr.- S.3.