Açın pərdələri, açın pərdələri!...

 

 

Tamaşaçıları bundan artıq intizarda saxlamayaq

 

 

 

Teatrlar açılır... Bu xəbərin sevinci ilə başqalarını da sevindirmək üçün ilyarım gözlədik. Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qaydalara riayət etmək, o cümlədən tamaşa zalının ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə, oktyabrın 1-dən etibarən teatrların tamaşaçıları qəbul etməsinə icazə verdi...

 

Biz də təfərrüata getmədən ölkə teatrlarında yaradıcı işin təşkili və tamaşa plan-proqramları ilə maraqlandıq.

 

 

İlk olaraq Akademik Opera Balet Teatrına müraciət etdik. Teatrın mətbuat xidmətindən bildirdilər ki, yaradıcılıq işlərinə başlanılıb artıq oktyabrın 9-na iki tamaşanın nümayişi nəzərdə tutulub. Bunlar N.Rimski-KorsakovunŞəhrizad” (saat 19:00) A.BorodininQıpçaq rəqsləri” (saat 20:00) birpərdəli baletləridir. Onu da qeyd edək ki, bu, “Qıpçaq rəqsləri”nin premyera nümayişidir.

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı isə tamaşaların göstərilməsinə oktyabrın 15-dən sonra başlayacaq. Teatrın mətbuat xidmətindən öyrəndik ki, ilk olaraq cari repertuardakı (ötən mövsümdən qalan) tamaşaların (“Ölülər”, “Şah Qacar”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Ah, bu uzun sevda yolu”, “Almaz”, “Sinif yoldaşları”, “Bir, ikibizimki!”) məşqlərinə başlanacaq. İntensiv məşqlərə ehtiyac var təxminən 15-20 gün vaxt aparacaq. Oktyabrın ikinci yarısından, teatrın yaradıcı texniki işləri qaydasına düşənədək, yəni noyabrın əvvəlinə qədər tamaşalar şənbə bazar günləri təqdim olunacaq. Noyabr ayından etibarən isə ənənəvi repertuar qrafik üzrə davam edəcək.

 

 

112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatra gəlincə, yaradıcı heyət oktyabr ayının 1-dən tamaşalar üzərində məşqlərə bərpa işlərinə başlayacaq. Bütün bu proseslərdən sonra nümayişi nəzərdə tutulan tamaşalar haqqında sənət ocağının sosial şəbəkə hesablarında ətraflı məlumat veriləcək.

 

 

Dövlət Gənc Tamaşaçılar Teatrı da işə cari repertuar tamaşalarının bərpası ilə başlayacaq. Oktyabrın 15-dən tamaşalar həftənin cümə şənbə günləri göstəriləcək. Onu da qeyd edək ki, teatrın tamaşa salonunda, tavan hissəsindəki təmir-bərpa işləri ilə əlaqədar olaraq nümayişlər binanın kiçik səhnəsində, eləcə bir müddət Dövlət Kukla Mahnı teatrlarında nümayiş olunacaq.

 

 

Yuğ Dövlət Teatrında da açılış həyəcanı yaşanır. Yaradıcı heyət oktyabrın 1-dən məşqlərə start verəcək. Teatr rəhbərliyinin qərarına əsasən, repertuardakı 8 tamaşanın yenidən bərpası nəzərdə tutulub. İlk növbədə, pandemiyadan öncə hazırlanan, amma qapanma səbəbindən premyerası baş tutmayanKloun BizZtamaşasının (M.VişnekinQoca kloun tələb olunurpyesi əsasında, rejissorMikayıl Mikayılov) nümayişi planlaşdırılır. Mövsümün sonuna qədər yeni tamaşanın hazırlanması da nəzərdə tutulur.

 

 

Bu il 90-cı – yubiley mövsümünü yaşayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı isə artıq oktyabrın 1-də ilk tamaşa ilə teatrsevərlərin qarşısına çıxacaq. Bu, teatrın repertuarındakı ən uzunömürlü nümunələrdən olanCırtdan”dır. Tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək. İlk tamaşa Vətən müharibəsi şəhidləri qazilərinin övladları üçün təmənnasız göstəriləcək. Oktyabrın 2-dən isə həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuar tamaşaları nümayiş olunacaq. Teatrda yubiley karnaval-tamaşası iki yeni səhnə əsəri üzərində işə başlanılıb.

 

 

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaradıcı fəaliyyətə gəlincə, qeyd edək ki, teatrın binası bir müddətdir ki, əsaslı təmirə dayanıb.

 

 

Şuşa Dövlət Musiqili Dram Teatrında məşqlərə oktyabrın 4-dən başlanılacaq. İlk tamaşa isə pandemiya səbəbindən premyerası təxirə düşənDovşanın ad günü” (uşaqlar üçün) olacaq.

 

 

Bakı Uşaq Gənclər Teatrı oktyabr ayından tamaşalarını bərpa etməyi planlaşdırır. Uşaqlar böyüklər üçün tamaşalar paralel bərpa olunacaq. Teatr mövsümü isə 8 NoyabrZəfər Günündə açacaq.

 

 

Sumqayıt Dövlət Dram Teatrı da yaradıcı işə başlayır. İlk olaraq gənc yazıçı Ülviyyə HeydərovanınUşaqlıqPələngmonotamaşalarının səhnə həlli tamamlanacaq. Bundan başqa, Əbdürrəhim bəy HaqverdiyevinKimdir müqəssir?” əsəri yeni quruluşda səhnələşdiriləcək. Göyçək Fatmanağıl-tamaşası da bərpa edilərək balacaların ixtiyarına veriləcək.

 

 

Gəncə Dövlət Kukla Teatrı tamaşaçıları qarşısına pandemiyadan öncə hazırladıqları yeni tamaşalarla çıxacaq.Xeyir Şər”, “Quyruqsuz ulağın sərgüzəştləri”, “Bizim bağın gözəli “Bremen musiqiçiləriadlı hər dörd tamaşa premyerasını da etmiş olacaq.

 

 

Ağdam Dövlət Dram Teatrı da “4.4 Qısa Tamaşalar Festivalı”na hazırlaşır. Kollektiv paytaxtda teatrsevərlər qarşısına pandemiyadan əvvəl səhnələşdirilmişGünahsızlartamaşası ilə çıxacaq. Bundan başqa, teatr ilin sonunadək daha iki yeni səhnə işini hazırlamağı planlaşdırır.

 

 

Mingəçevir Dövlət Dram Teatrı da pərdələrini açmağa hazırlaşır. Teatrda Mir Cəlal Paşayevin üç hekayəsinin motivləri əsasında lirik-poetik müharibə dramı üzərində aparılır. Leylaadlı tamaşanın nümayişi 18-24 oktyabr tarixində olacaq. Teatrda yarımçıq qalan səhnə işlərinin məşqləri davam etdiriləcək.

 

 

Qusar Dövlət Ləzgi Dram Teatrı oktyabrın 1-də Abdulla QurbanininÇingiz dastan”ı əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcı heyət Mədəniyyət Nazirliyi “Teatro.az” sənət portalının birgə layihəsi olan “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Festivalda Ramiz Duyğunun “Xarıbülbül” tamaşası təqdim olunacaq.

 

 

Füzuli Dövlət Dram Teatrı fəaliyyətinə repertuar tamaşası ilə başlayacaq. Akif Həsənoğlunun “Yaddaş” adlı bu səhnə nümunəsi şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Teatr rəhbərliyi oktyabrnoyabr ayları üçün repertuarda olan hərbi-vətənpərvər mövzulu tamaşaların hamısını bərpa etmək niyyətindədir.

 

 

Şəki Dövlət Dram Teatrı əsas diqqəti yeni əsərlərin tamaşaya qoyulmasına yönəldib. İlin sonuna qədər İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli hadisə” və çex yazıçısı Karel ÇapekinAna” əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusundakı ən məşhur əsərlərdən olanAnaya teatrın baş rejissoru Mirbala Səlimli quruluş verəcək.

 

 

Qazax Dövlət Dram Teatrı da qapılarını tamaşaçılarının üzünə yeni səhnə əsəri ilə açmaq istəyir. 2021-ci ilin axırına kimi qırğız yazıçısı Mar Baycıyevin “Duel” (rejissorAllahverdi Musayev) və ingilis yazıçısı Con Qolsuorsunun “Birincilər və sonuncular” (rejissorMusa Eyyubov) əsərləri təhvil veriləcək. Məşqlərə isə oktyabrın 5-dən başlanacaq.

 

 

Lənkəran Dövlət Dram Teatrında iki yeni tamaşa artıq səhnə məşqi mərhələsindədir. Bunlar “Varlı ev” və “Ləpələrin nağılı” tamaşalarıdır. Yaradıcı heyət “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Lənkəran teatrı da Karel ÇapekinAna” faciəsinə müraciət edib. Əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov quruluş verəcək. Teatrın karantindən sonra öz səhnəsində tamaşası isə “Vəfalı Səriyyə” (20-30 oktyabr) olacaq.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.3.