Yollar qaytarar səni”

 

Şəkidə Xalq teatrının tamaşası

 

 

 

Sentyabrın 28-də Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq teatrında Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuşYollar qaytarar səni” adlı birpərdəli pyesin ilk tamaşası olub.

 

Tamaşada Vətən müharibəsi vaxtı hərbi xidmətdə olmuş Ümid adlı gəncin anasının və nişanlısının narahatçılığı, arzuları, ümidləri və xəyalları, müharibənin insanlara gətirdiyi faciələr tamaşaçılara çatdırılmağa çalışılır. Ordumuzun qələbə əzmindən, mübarizliyindən bəhs olunur.

 

Tamaşanın rejissoru Elvin Nüsrətoğlu, pyesin müəllifi S.Rəhman adına Şəki Dövlət Dram Teatrının baletmeyster-xoreoqrafı Elvin Nuridir. E.Nuri Bakı Xoreoqrafiya Akademiyasında quruluşçu xoreoqraf ixtisası üzrə subbakalavr, Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə bakalavr təhsili alıb, hazırda universitetdə dram rejissoru ixtisası üzrə bakalavr təhsili alır.

 

Tamaşada rolları Xalq Teatrının aktyorları Jalə Abdullayeva, Rəşad Rüstəmov, Aytən Xəlilzadə, Şahmar Əsədov, Natiq Məmmədov və başqaları oynayıblar.

 

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.4.