Şanlı Zəfəri canı və
qanı ilə qazananlar
Xəbər verdiyimiz kimi, 27 sentyabr – Anım Günü münasibətilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində çeşidli tədbirlər keçirilib.
Şəmkirdə gerçəkləşən anım tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlov, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhid övladlarının təqdimatında ədəbi-bədii kompozisiya təqdim edilib, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib. Daşkəsən rayon Heydər Əliyev Mərkəzində gənc yazar Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır!” layihəsinin təqdimat mərasimi olub. Göygöl, Daşkəsən və Gədəbəy rayonlarının bir sıra mədəniyyət müəssisələrində də tədbirlər keçirilib.
***
Cəlilabad rayonunda 27 sentyabr – Anım Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları tərəfindən “Əbədi məşəl” önünə gül dəstələri qoyulub. Anım mərasimi Cəlilabad Dövlət Rəsm Qalereyasında gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxışla davam etdirilib. Sonra rayon Heydər Əliyev Mərkəzində Xalq teatrı kollektivinin “Zəfər yürüşü” adlı tamaşası oynanılıb. Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi, rayon Mərkəzi Kitabxanası, MKS-nin Xırmandalı kənd kitabxana filialı və Yardımlı rayon MKS də Anım Günü ilə bağlı tədbirlər keçiriblər.
***
Lənkəran şəhərində də Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhər rəhbərliyi, millət vəkilləri, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, idarə və müəssisələrin rəhbərləri, şəhidlərin ailələri, qazilər, şəhər sakinləri iştirak ediblər.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin şəhər 2 saylı kitabxana filialı “Vətən fədailəri” adlı kitab sərgisi təşkil edib.
***
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və idarənin əməkdaşları rayonun Şəhidlər xiyabanını ziyarət ediblər.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Xucbala, Alpan və Qamqam kənd kitabxana filiallarında Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.
***
Ağcabədi rayon Şəhidlər xiyabanında təşkil olunan anım tədbirində Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və idarənin əməkdaşları iştirak ediblər. Ağdam rayon Heydər Əliyev Mərkəzi, rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbi və Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi də Anım Günü ilə bağlı tədbirlər təşkil ediblər.
***
Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Salyan rayonunun bir sıra mədəniyyət müəssisələrinin əməkdaşları Vətən müharibəsi şəhidi Müseyib Zeynalovun ailəsinə baş çəkiblər.
***
Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Tədbirdə millət vəkili Əli Məsimli, şəhər İcra Hakimiyyətinin nümayəndələri. iştirak ediblər. İdarənin tabeliyindəki Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada azad olunmuş ərazilərimiz haqqında biblioqrafik vəsait hazırlanıb. Vəsait kitabxananın baş biblioqrafı Yasəmən Məmmədova tərəfindən tərtib edilib. Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Səyyad Hacıyev haqqında rejissor Namiq Kərimov tərəfindən hazırlanmış filmin və klipin təqdimatı keçirilib. Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının bir sıra mədəniyyət müəssisələrində də Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
***
Gəncə Regional Mədəniyyət İdarəsi F.Əmirov adına Gəncə şəhər 1 nömrəli Uşaq musiqi məktəbində Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin tar müəllimi Tural Əliyev və fortepianoda Elnur Hüseynovun müşayiəti ilə məktəbin vokal müəllimi Şahnaz Məmmədova “Xudayar təsnifi”ni ifa edib. Goranboy Dövlət Rəsm Qalereyası hərbi-vətənpərvərlik mövzusunda rəsm sərgisi təşkil edib. Regional idarənin əhatə etdiyi Gəncə, Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonunun bir sıra mədəniyyət müəssisələrində də anım tədbirləri keçirilib.
***
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və Beyləqan rayon mədəniyyət müəssisələrinin rəhbərləri Vətən müharibəsi şəhidi Vasif Quliyevin ailəsini ziyarət ediblər. Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi iştirakçıları və şəhidlərinin xatirəsinə həsr edilmiş “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Ağəli Kərimli və regional idarənin rəisi Faiq Xudanlı çıxış ediblər. İmişli rayon Uşaq musiqi məktəbində Vətən müharibəsi şəhidi Elçin İsmayılovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzində N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabının təqdimatı olub. Kitabda kürdəmirli 39 Vətən müharibəsi şəhidinin ömür və döyüş yolundan bəhs edən oçerklər yer alıb. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Ağəli Kərimli, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və başqaları nəşri şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsinə layiqli töhfə kimi dəyərləndiriblər. Sonda kitab şəhid ailələrinə hədiyyə edilib.
***
Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ağstafa və Tovuz rayon Mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş “Fateh” adlı tamaşa nümayiş olunub. Mərasimdə rayon rəhbərliyi, regional idarənin rəisi Elbəy Əli, ictimaiyyət nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər. Ağstafa, Qazax və Tovuz rayonlarının bir sıra mədəniyyət müəssisələrində də Anım Günü ilə bağlı tədbirlər keçirilib.
***
Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon MKS-də “II Qarabağ müharibəsi dövlətçilik tariximizin ən şərəfli zirvəsidir” adlı tədbir təşkil olunub. Göyçay rayon Heydər Əliyev Mərkəzi və 1 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Vətən müharibəsi qazisi İlkin Məmmədovla görüş keçirilib. Ucar rayon Heydər Əliyev Mərkəzində “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində “Şəhidlər ölməz, Vətən bölünməz!” başlıqlı fotoguşə təşkil edilib. Qəbələ rayon Mədəniyyət Mərkəzində “Polad Həşimov xatirələrdə” kitabının müzakirəsi keçirilib.
***
Sumqayıt şəhərindəki bulvarın ərazisində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları tərəfindən 100-ə yaxın həmişəyaşıl ağac əkilib. Daha sonra Sumqayıt Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş 122 sumqayıtlı şəhidin böyüdülmüş fotoşəkilləri açıq havada ziyarətçilərə nümayiş etdirilib. Həmçinin “Zəfər dastanı” adlı videoçarx sosial şəbəkələrdə yayımlanıb. Abşeron, Zəngilan və Qubadlı rayonlarının bir sıra mədəniyyət müəssisələri də Anım Günü ilə bağlı tədbirlər təşkil ediblər.
Hazırladı: N.MƏMMƏDLİ
Mədəniyyət.- 2021.- 1
oktyabr.- S.4.