Qarabağ ədəbi mühiti:
tarix və müasirlik
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Anım Gününə həsr olunmuş “Qarabağ ədəbi mühiti: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli tarixi Qələbəmizin əhəmiyyətindən danışaraq bildirib ki, ədəbiyyatşünaslarımız Qarabağ hadisələrini, Qarabağ uğrunda aparılan müharibəni, Vətən müharibəsinin dərslərini elmi müstəvidə təqdim edən tədqiqat işləri, monoqrafiyalar yazıblar.
Konfransda AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi”, professor
Şirindil Alışanlı
“Laçın: tarixi və bədii sözün yaddaşında”, dosent
Rahid Xəlilov “Vətən müharibəsi
və ədəbiyyatda milli
özünüdərk problemi”
mövzularında məruzə ediblər. Aygün Bağırlı, Elçin
Mehrəliyev, Mərziyyə Nəcəfova, İlham
Məmmədli, Fəridə Vəliyeva, Bahar
Məmmədova, Əlizadə Əsgərli də Qarabağ ədəbi mühitinə dair məruzələrlə
çıxış ediblər.
Mədəniyyət.- 2021.- 1
oktyabr.- S.6.