“Azərbaycanın ərazi bütövlüyü şəhidlərin canları hesabına inşa edilmiş abidədir”

 

Memorial.az-“Yaddaş kitabı”nın təqdimatı keçirilib

 

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, 44 günlük Vətən müharibəsi tamamilə yeni Azərbaycan dövlətinin və yeni Azərbaycan xalqının qanla və torpaqla yoğrulduğu epoxal bir andır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruhmilli ləyaqətin təntənəsidir.

 

Səadət Yusifova qeyd edib ki, ötən bir il ərzində biz yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq. Prezident İlham Əliyevin BMT-nin 76-cı sessiyasındakı tarixi çıxışı XXI əsrin əsas paradiqmasına çevriləcək ümumbəşəri prinsip kimi ədalətə çağırışdır, hər bir azərbaycanlının düşündüyübütün dünyaya çatdırmaq istədiyi mesajdır.

 

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ikili standartlaraselektiv yanaşmaya yol verilməməsi üçün qurumun qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var. Beynəlxalq hüquqBMT-nin Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.

 

Prezident Administrasiyası rəsmisi deyib: Biz 44 günlük müharibənin və Zəfərimizin doğurduğu yeni reallığın yalnız Cənubi Qafqaza deyil, bütövlükdə regiona yaxın və orta müddətli perspektivdə təsirini görsək də, uzunmüddətli perspektivdə onun doğurduğu nəticələrin yeni dünya nizamı üçün qlobal əhəmiyyətini bəlkə də hələlik, sona qədər dərk etmirik. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı müzəffər xalq kimi öz adını dünya tarixinə yazdı. Zəfərimizin əks-sədasını biz hələ uzun müddət duyacaq və eşidəcəyik. Bu Zəfərin əsasında Azərbaycan Prezidentinin uzunmüddətli hədəflərə hesablanmış çoxşaxəli strategiyası, ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik, informasiya istiqamətlərində güclənməsi və möhkəmlənməsi məqsədilə uzun illər ərzində böyük əzmlə gördüyü işlər və Prezidentordu - xalq birliyi dayanır.

 

Dünən Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının birinci ildönümünü, birinci Anım və milli qürur gününü qeyd edirdibiz bu gün burada Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş yeni layihənin – memorial.az saytının - “xalqın yaddaş kitabı”nın təqdimatında iştirak edirik”.

 

Qeyd olunub ki, hər bir azərbaycanlı üçün Yaddaş kitabı yalnız Vətəni uğrunda şəhid olmuş qəhrəmanların fədakarlıqlarının xatırlanması deyil, həm də onların əmanəti olan bu Vətənin daha da güclənməsi üçün bizim üzərimizə düşən məsuliyyətin dərk edilməsidir. Bu, ərazi bütövlüyünün, istiqlalın və Zəfərin asanlıqla əldə olunmadığının bir xatırlatmasıdır, Azərbaycan xalqının həmrəyliyinin və dövlətimizin qüdrətinin daha bir nişanəsidir. Şəhidlərimizin fədakarlığının bu mahiyyəti xalq olaraq kollektiv idrakımızda daim əks olunacaq, çünki Azərbaycanın ərazi bütövlüyü onların canları hesabına inşa edilmiş abidədir. Memorial.az saytı da məhz həmin “yaddaş kitabı”dır.

 

Memorial.az saytının yaradılmasının məqsədindən danışan Səadət Yusifova vurğulayıb ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəs mövzudur. Vətən müharibəsinin gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır. Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır. Perspektivdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il Aprel döyüşləri şəhidlərinin, atəşkəs dövrünün şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və ümumilikdə münaqişənin gedişində həlak olmuş hərbi qulluqçuların və mülki şəxslər haqqında da məlumatların sistemləşdirilməsi nəzərdə tutulur.

 

Vurğulamaq istərdim ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin, doğmalarının hər zaman qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir. Həm şəhidlərin ailə üzvləri, həm sağlamlığını itirən qazilərimizin sosial müdafiəsi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir”, - deyə Administrasiya rəsmisi qeyd edib.

 

Daha sonra çıxış edən memorial.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, indiyə qədər istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində şəhidlərimizlə bağlı çoxlu sayda məlumatlar dərc edilib. Məlumatlar geniş şəkildə yayılsa da, pərakəndəlik var idi. Şəhidlərimizlə bağlı məlumatların davamlı olmasını istəyirik. Saytda daha geniş məlumatlar üçün şəhid ailələri ilə sıx əlaqədə olacağıq. Bəzi şəhidlərin övladları məktəbə getdi, onlar barədə məlumat yerləşdirmişik, bəzi şəhidlərin övladlarını onların dostları məktəbə apardı. Bundan sonra onların virtual həyatlarını davam etdirəcəyik.

 

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib ki, memorial.az - yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir. 2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladları var.

 

“Ötən il bu vaxt arxaön cəbhə birləşdi. Millətin düşmənə qarşı səngəri vahid oldu - tikəsini əsgərlə bölüşən hər bir insan, yaralıya qanını verən istənilən soydaşımız, eviniisti ocağını paylaşan hər bir ailə ordumuzla eyni sırada döyüşdü. Müharibə başlayanda onun nə qədər sürəcəyi bəlli deyildi. Ona görə də savaş təkcə gənclərimizi deyil, həmçinin onların quracağı yeni ailələri, doğulacaq sabahkı övladları da əlimizdən alıb. Lakin qanını torpağa verən oğulların əvəzinə Vətən və azadlıq, sevincbütövlük doğulub”, - deyə Zahid Oruc vurğulayıb.

 

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə 30 mindən çox şəxsə sosial müdafiə dəstəyi göstərilib, 7900-dən çox şəhid ailəsi üzvlərinə 15700-dən artıq sosial ödəniş həyata keçirilib. Bu il Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə sosial ödənişlərdə ciddi artımlar müşahidə olunub. Bunun nəticəsində Vətən Müharibəsi Qəhrəmanı olan şəxslərə aylıq 2000 manat ayrılıb, müharibə əlillərinin təqaüdləri artırılıb. 2021-ci ildə mənzil və fərdi ev təminatı 5 dəfə artırılıb, növbəti illərdə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Bu il isə 3000 mənzil və fərdi ev veriləcək ki, artıq onlardan 1600-ü təqdim olunub.

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.6.