Simpozium çərçivəsində konsert proqramı

 

Oktyabrın 3-də görkəmli sufi  şairi Mir Həmzə Qarabaği Nigarinin irsinə həsr olunmuş simpozium çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı keçirilib.

Tədbirdə şairin həyat və yaradıcılığı haqqında qısa film nümayiş olunub.

Konsert proqramında tarda Xalq artisti Elçin Həşimov və kamançada Əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə Xalq artisti Mənsum İbrahimovun ifasında “Misri” kompozisiyası, Əməkdar artist Babək Niftəliyevin ifasında “Şuşanın dağları” mahnısı səsləndirilib. Azərbaycan Televiziyasının solisti Elton Hüseynəliyevin ifasında sözləri Mir Həmzə Qarabaği Nigariyə, musiqisi Aynur Adilqızına aidMurabba” mahnısı təqdim edilib.

 

Ud ifaçısı Mircavid Cəfərovun müşayiətində beynəlxalq müsabiqələrin qalibi Hüseynağa Aslanov şairin qəzəllərini oxuyub.

 

 

Mədəniyyət.- 2021.-  6 oktyabr.- S.4.