Turizm imkanlarımız “Expotravel-2021” sərgisində təbliğ olunub

 

Rusiyanın Yekaterinburq şəhərində keçirilən, Azərbaycan Turizm Bürosunun da işgüzar proqramın tərəfdaşı qismində iştirak etdiyi “Expotravel-2021” turizm sərgisində ölkəmizin turizm imkanları təbliğ edilib.

 

Dövlət Turizm Agentliyindən bildirilib ki, sərgidə iştirakın məqsədi Azərbaycanın turizm məhsullarını Rusiyanın ən böyük vilayətlərindən olan Sverdlovsk sakinlərinə təqdim etmək, həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən turizm şirkətləri ilə tərəfdaşlıq əlaqələri qurmaq olub.

 

Tədbirdə aktiv istirahətə həsr edilən plenar görüş keçirilib, habelə “TASS-URAL” media mərkəzinin təşkil etdiyi mətbuat konfransında, eləcə də Yekaterinburqun yerli televiziya kanalının səhər proqramında Azərbaycanın turizm imkanları haqqında məlumat verilib. Bundan əlavə, Azərbaycanın müalicəvi kurortlarına və dağ-xizək mərkəzlərinə həsr edilmiş 2 təqdimat təşkil olunub.

 

1999-cu ildən etibarən keçirilən “Expotravelturizm sərgisində bu il 15 ölkə iştirak edib.

 

 

Mədəniyyət.- 2021.-  6 oktyabr.- S.8.