Azərbaycan İCESCO ilə əməkdaşlığa
böyük önəm verir
Oktyabrın 4-də Bakı Dövlət Universitetində (BDU) İCESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı başlayıb. Oktyabrın 7-dək davam edəcək beynəlxalq tədbir mövcud əməkdaşlıq çərçivəsində İCESCO-nun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İCESCO üzrə Milli Komissiyanın iştirakı ilə keçirilir. Seminara İCESCO-nun Elm və texnologiyalar sektorunun rəhbəri Rahil Qamar və BDU-nun rektoru Elçin Babayev sədrlik edir.
Seminarın açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycanın İCESCO ilə yaxından əməkdaşlıq edən və bu əlaqələrə böyük önəm verən üzv dövlətlərdən biri olduğunu qeyd edib. Bildirib ki, bu nüfuzlu beynəlxalq təşkilatın əlaqələrindən yararlanaraq digər üzv ölkələrlə təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar var. Bu əməkdaşlıq əlaqələri BDU-nun da elm və təhsil sahəsindəki uğurlarının artmasına yeni yol aça bilər.
Azərbaycanla İCESCO arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin rolunu vurğulayan rektor dövlət başçısının 2015-ci ildə İCESCO Baş Konfransının Bakıda keçirilmiş XII sessiyasında əhatəli çıxışını yada salıb. Vurğulanıb ki, 2009-cu ildə Bakının, 2018-ci ildə isə Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ölkəmizin təşkilatla əlaqələrinin dinamik inkişafından xəbər verir: “Eyni zamanda onu da xüsusi vurğulamaq lazımdır ki, İCESCO daim Azərbaycanın ədalətli mövqeyini müdafiə etmiş, həm münaqişə dövründə, həm 44 günlük Vətən müharibəsi günlərində, eləcə də tarixi Zəfərimizdən sonra ölkəmizə ən yüksək səviyyədə dəstəyini ifadə edib”.
Rektor İCESCO ilə əlaqələrin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında və canlanmasında təşkilatın xoşməramlı səfiri, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Mehriban Əliyevanın sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyəti, qayğıya ehtiyacı olan uşaqlara diqqəti, təhsil və elm sahələrində, həmçinin İslam dünyasında görülən işlərə böyük dəstəyi barədə qonaqlara məlumat verilib.
Sonra BDU-nun əməkdaşı Lalə Hüseynzadənin hazırladığı “Şuşa bizi gözləyir!” adlı qum kompozisiyası və Heydər Əliyev Fondunun Azərbaycanın milli sərvətlərinə, qədim mədəniyyətinə, tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.
İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videotəbriki təqdim edilib, təşkilatın fəaliyyətini əks etdirən videçarx nümayiş olunub.
Daha sonra Azərbaycan
Respublikasının İCESCO üzrə Milli
Komissiyasının baş katibi,
Mədəniyyət Nazirliyi
Aparatının rəhbəri Vasif Eyvazzadə,
Təhsil Nazirliyinin Elm
və ali təhsil şöbəsinin müdiri Nicat Məmmədli,
İCESCO-nun nümayəndəsi, elmi tədbirlər üzrə ekspert
Foued Elayni, Azərbaycan
Dövlət Neft və
Sənaye Universitetinin rektoru
Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik
Universitetinin rektoru Havar Məmmədov, Orta
Şərq Texniki Universitetinin
(Ankara) professoru Ahmet Oral, Pakistanın Elm və Texnologiya üzrə
Milli Universitetinin
mühəndisi Mohsin Tivana
çıxış ediblər. Pakistan Virtual Universitetinin
rektoru, professor Arshad Saleem Bhattinin
açılış mərasimində
təbrik məktubu səsləndirilib.
Qeyd edək
ki, dörd gün davam edəcək seminarın məqsədi cihazqayırmaya
və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, habelə müxtəlif növ sensorların istifadəsi, verilənlərin
əldə olunması
və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaqdır. Seminar iştirakçıları
cihazların işlənməsinin
əsas komponentləri
ilə tanış
olub, eyni zamanda sensorlardan gələn siqnalları əldə etmək və mikronəzarətçilər
vasitəsilə idarə
etməyi öyrənəcəklər.
Təlimlərin sonunda
iştirakçılar özləri
temperatur tənzimləyiciləri,
elektrikölçmə sistemləri
və s. sadə cihazıları işlətməyi
təcrübə edəcəklər.
Seminarın ilk hissəsi
mühazirə, ikinci hissəsi isə praktik təlimlərdən ibarətdir. Təlimlərdə
BDU tələbələri ilə yanaşı, Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki
Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri də iştirak edirlər.
Mədəniyyət.- 2021.- 6
oktyabr.- S.3.