Almaniya səfiri Nizami
Gəncəvinin məqbərəsini ziyarət edib
Oktyabrın 7-də Gəncəyə səfər edən Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. İcra başçısı Gəncə haqqında səfirə məlumat verib.
Volfqanq Maniq Gəncə ilə tanış olub, ötən il 44 günlük müharibə zamanı dinc insanları hədəf alan Ermənistan ordusunun raket zərbələri endirdiyi, onlarla sakinin qətlə yetirildiyi məkanlara da baş çəkib.
Səfir Nizami yurdunda dahi şairin
məqbərəsini də ziyarət edib.
Diplomata şairin zəngin ədəbi irsi barədə məlumat verilib.
Daha sonra Nizami Gəncəvi
Məqbərə Kompleksində
almaniyalı şərqşünas-alim
Ştefan Vaydnerin “Şərq dünyası ədəbiyyatı”
mövzusunda (Nizami Gəncəvi barədə)
məruzəsi dinlənilib.
Mədəniyyət.- 2021.- 8
oktyabr.- S.2.