“Nizami
Gəncəvi və Puşkin bir arada”
Oktyabrın 7-də VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində növbəti tədbir gerçəkləşdi. Bakı Ekspo
Mərkəzində “Nizami
Gəncəvi və A.S.Puşkin bir arada” adlı ədəbi-musiqili kompozisiya
təqdim olundu.
Tədbirdə Emil İsmayılov “Azərbaycan”
(N.Gəncəvinin dilindən),
Teymur Kazımov “Mîé ãîðîä Áàêó” (“Mənim Bakı şəhərim”; A.Puşkinin
dilindən) mahnılarını
ifa etdilər.
Daha sonra çıxış edən
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) nümayəndəsi
Dmitri İqorov Azərbaycan
və Rusiya arasındakı mədəni
əlaqələrdən bəhs
etdi. Bildirdi ki,
RİMM tərəfindən 2011-ci ildən başlayaraq hər il
20-30 nəfərə yaxın
azərbaycanlı gəncin
Rusiyaya səfəri təşkil edilir. Səfərin təşkilində
əsas məqsəd gəncləri Rusiya mədəniyyəti ilə
tanış etməkdir.
NURƏDDİN
Mədəniyyət.- 2021.- 8
oktyabr.- S.3.