Səfirin kitabı
Cahit Bağcı “Yokuşun
çocukları” ilə oxucuların görüşünə
gəlib
VII Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyənin Yunus Əmrə İnstitutu da öz stendi ilə təmsil olunur. Yunus Əmrə İnstitutunun Bakı nümayəndəsi Selçuk Karakılıç sərgiyə maraqlı tədbirlər proqramı ilə qatıldıqlarını deyib. Diqqətə çatdırıb ki, sərginin ilk günü məşhur nasir Sinan Yağmur oxucularla görüşüb. Stenddə Sinan Canan və Birsen Ekim kimi tanınmış müəlliflərin də imza günləri olacaq.
Oktyabrın 6-da Yunus Əmrə İnstitutunun stendində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının “Yokuşun çocukları” kitabının imza mərasimi olub.
Bakıda belə bir kitab sərgisində iştirakından məmnunluğunu ifadə edən səfir kitabı haqqında məlumat verib: “Yokuşun çocukları” xatirə və avtobioqrafik janrda yazılmış bir kitabdır. Bu kitab sosial həyat yolçuluğunu ifadə edir. Kitabı eyni zamanda gənclər üçün də örnək hesab etmək olar.
Ümid edirəm ki, kitab onu
mütaliə edənlərə faydalı olacaq”.
Mədəniyyət.- 2021.- 8
oktyabr.- S.3.