Nizaminin 880 illiyinə həsr olunan “İşıq festivalı” keçiriləcək
14–17 oktyabr tarixində
Bakıda “İşıq
festivalı. Nizami Gəncəvi” adlı
audiovizual layihə həyata keçiriləcək.
Mədəniyyət Nazirliyi tərəfindən
“Nizami Gəncəvi İli” çərçivəsində
reallaşdırılan layihə
dahi şairin zəngin poetik-fəlsəfi
irsinə daha böyük ictimai maraq cəlb etmək məqsədi daşıyır.
Festivalın əsas məqsədi
müxtəlif ölkələrdə
– Rusiya Milli Kitabxanası, İstanbulda
Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində
qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə
dünya ədəbiyyatında
məxsusi yerə malik Nizami yaradıcılığını
ictimaiyyətin diqqətinə
çatdırmaqdır. Şairin bu
gün də insanların mənəvi-əxlaqi
kamilləşməyə səsləyən
ölməz əsərlərindən
müxtəlif süjetlər
işıq seli ilə canlandırılaraq
möhtəşəm bir
mənzərə yaradacaq.
Dörd
gün müddətində
Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı
Muzeyinin fasadında və Qız qalasının üzərində
“Xəmsə”nin motivləri
üzrə çəkilmiş
miniatürlər 3D audiovizual
proyeksiya formatında əks olunacaq.
Layihə Mədəniyyət Nazirliyinin
təşkilatçılığı və bir
sıra dövlət qurumlarının dəstəyi ilə həyata
keçirilir.
Mədəniyyət.- 2021.- 8
oktyabr.- S.1.