“Xarıbülbül” inşa
müsabiqəsi davam edir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin IX-XI sinif şagirdləri arasında İkinci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” inşa müsabiqəsi davam edir.
Mərkəzdən bildirilib ki, inşalar oktyabrın 15-dək info@monitorinqmerkezi.az elektron ünvanında qəbul edilir. Təqdim olunan inşalar maksimum 1000 sözdən ibarət, mövzu 44 günlük Vətən müharibəsi ilə bağlı olmalıdır. İnşalar Azərbaycan dilində yazılmalı, daha əvvəl heç yerdə dərc edilməməlidir.
Müsabiqənin keçirilməsində məqsəd
Vətən müharibəsində əldə olunan
Zəfərin şagirdlərdə yaratdığı təəssüratı
bölüşmək, onlarda vətənpərvərlik
hissinin formalaşmasına nail
olmaqdır. Həmçinin məktəblilərdə
düzgün yazı vərdişlərinin
qazanılmasına kömək etmək, yazıda ədəbi
dil normalarına ciddi əməl
olunmasını təşviq etmək, eləcə də doğma dilimizin
saflığının qorunaraq gələcək
nəsillərə ötürülməsinə nail olmaqdır.
Mədəniyyət.- 2021.- 8
oktyabr.- S.5.