Rusiyada yaşayan azərbaycanlı yazar mükafata layiq görülüb

 

 

Rusiyada yaşayan həmvətənimiz Sabit Əliyev “Sergey Yesenin” medalı ilə təltif edilib. Rusiya Yazıçılar İttifaqı tərəfindən təsis edilmiş bu medal müasir rus ədəbiyyatının inkişafına verilmiş töhfələrə görə təqdim edilir.

 

Sabit Əliyev Rusiyada yaşayır. O, atalaroğullar, kişilər və qadınlar arasında münasibət problemlərinə həsr edilmiş psixoloji romanların müəllifidir. Bir il bundan əvvəl onun “Mənim evim Şuşa” adlı romanı çapdan çıxıb. Bu romanda müharibəni görmüşdoğma evindən ayrı düşmüş insanın keçirdiyi hisslər təsvir edilir. Rusiya oxucu auditoriyası tərəfindən böyük maraqla qarşılanmış bu kitab oxuculara azərbaycanlı qaçqınlar probleminə obyektiv mövqedən yanaşmaq imkanı verib və ədəbi tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.5.