Fransalı tələbələr Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində

 

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkənin ən nüfuzlu ali təhsil ocağı olanSciences Po Parisuniversitetinin tələbələri ilə görüşü olub.

 

Görüşdə tələbələrə Azərbaycanın tarixi, xarici siyasəti və 2020-ci ildəki 44 günlük müharibədən sonrakı vəziyyət haqqında məlumat verilib. Səfir bildirib ki, Fransanın da təmsil olunduğu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsi Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir. Ölkəmiz ötən illər ərzində münaqişənin həllində sülh yolunu tutub, amma qarşı tərəf işğalçı siyasətini davam etdirib. Ötən il Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində torpaqlarımızı azad edib.

 

Səfir müharibədən sonrakı vəziyyətdən söz açaraq, azad edilmiş torpaqlarımızın minadan təmizlənməsi, işğal dövründə erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, bu ərazilərdə nəqliyyat infrastrukturunun bərpası istiqamətində görülən işlərdən danışıb. Həmçinin müharibədən sonra regionda yaranmış reallıqdan danışaraq yeni geosiyasi mənzərəni təqdim edib, Azərbaycan-Fransa münasibətlərinə toxunub.

 

Sonda səfir tələbələrin suallarını cavablandırıb. Tələbələr Azərbaycan Mədəniyyət Mərkəzindəki muzeylə tanış olublar. Onlara ölkəmizlə bağlı kitablar və “İkinci Qarabağ müharibəsindən bir il sonra” adlı məlumat broşürü təqdim olunub.

 

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.8.