“Mətbuatın
dili: normalar və qaydalar”
Azərbaycan Mətbuat Şurasının
Dil üzrə monitorinq qrupu tərəfindən aparılan
tədqiqatların nəticələrinin
əks olunduğu “Mətbuatın dili: normalar və qaydalar” kitabı çapdan çıxıb.
Tədqiqatçı alimlər İlham Abbasov, Bəhrəm Məmmədov və İlkin Əsgərin ərsəyə gətirdiyi
kitabda ölkəmizdə
fəaliyyət göstərən
kütləvi informasiya
vasitələrinin dili
üzərində aparılmış
tədqiqatlar zamanı
leksik, qrammatik, üslub və ifadə pozuntularına diqqət çəkilib. Bu sahədə müasir Azərbaycan dilinin işlənməsindəki tendensiyalar
izlənilib, müsbət
və özünü
büruzə verən
mənfi cəhətlər
konkret misallar əsasında şərh
edilib. Monitorinqə ümumilikdə 50-yə yaxın media vasitəsi cəlb olunub.
Kitabın redaktoru və ön sözün müəllifi Mətbuat Şurasının sədri
Əflatun Amaşov, rəyçisi filologiya üzrə fəlsəfə
doktoru Nəsibə Abbasovadır.
Mədəniyyət.- 2021.- 8
oktyabr.- S.5.