Kitab bayramında tanınmış türkiyəli yazıçı Sinan Yağmurla görüş

 

 

Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaqları arasında tanınmış türkiyəli yazıçı Sinan Yağmur da var. Oktyabrın 6-da sərgi çərçivəsində yazıçı ilə görüş keçirilib.

 

Yunus Əmrə İnstitutunun stendində gerçəkləşən görüşdə əvvəlcə türkiyəli yazıçı haqqında məlumat verilib. Bildirilib ki, Sinan Yağmur “Aşkın meali 1: Yusuf ile Züleyha”, “Aşka yolculuk: Veysel Karani”, “Aşkın gözyaşları: Şems-i Tebrizi”, “Kerbela aşk’a bela: Hz. Hüseyin”, “Aşka yol olma defterikimi kitabların müəllifidir. O, Türkiyədə ən çox kitabı satılan yazıçılardandır.

 

Diqqətə çatdırılıb ki, bir sıra məşhur kəlamların müəllifi olan Sinan Yağmur ömrünün böyük hissəsini Mövlananın (Cəlaləddin Rumi) həyatını araşdırmaq və təbliğ etməklə keçirdib.

 

Tədbirdə həmçinin müəllifin “Aşkın sesi Yunus Emre” kitabının təqdimatı da keçirilib.

 

Sinan Yağmur Yunus Əmrə yaradıcılığı barədə oxuculara məlumat verib və müəllifi olduğu kitab haqqında danışıb.

 

Sonra yazıçı kitablarını oxucular üçün imzalayıb.

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.5.