Kitabla görüş hər zaman bayramdır

 

VII Bakı Beynəlxalq Kitab Sərgisində 13 ölkə – 40-dan çox xarici 120-dən artıq yerli təşkilat təmsil olunur

 

 

 

Paytaxtımız növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. 2009-cu ildə əsası qoyulan iki ildən bir təşkil edilən Bakı Beynəlxalq Kitab Sərgisi yeddinci dəfə kitabla bağlı kitaba bağlı olan hər kəsinaşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları, bu sahədə aidiyyəti dövlət qurumları, ən nəhayət, oxucuları bir araya gətirib. Bu il beynəlxalq kitab bayramı ilk dəfə şəhərin ən böyük sərgi məkanında təşkil edilib.

 

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi.

 

Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyə mədəniyyət turizm nazirinin müavini Ahmet Misbah Demircan, bir neçə ölkənin Azərbaycandakı səfirləri, millət vəkilləri, elm mədəniyyət xadimləri iştirak edirdilər.

 

Tədbirdə giriş sözü söyləyən Baş nazirin müavini Əli Əhmədov qeyd etdi ki, bəşər sivilizasiyasını kitabsız yazısız təsəvvür etmək mümkün deyil: “Azərbaycan tarixinin qədim ənənələri kitab yazı ilə birbaşa bağlıdır. Bildiyimiz kimi, bu il dövlət başçısı tərəfindən ölkəmizdəNizami Gəncəvi İlielan edilib.

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin günümüzə gəlib çatması məhz yazı kitabın sayəsində mümkün olub. Kitab sərgisinin keçirilməsi burada iştirak edən qonaqlara ölkəmizin mədəniyyət tarixini nümayiş etdirmək üçün gözəl zəmin yaradacaq”.

 

44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsindən söz açan Əli Əhmədov qeyd etdi ki, hazırda bu ərazilərdə geniş yenidənqurma işləri aparılır: “İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən böyük quruculuq işləri kitablara köçürülməlidir. Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşayır. Bu tarixi yazanların gələcək nəsillərə çatdırılması üçün tarixçilərimizin, yazıçılarımızın, şairlərimizin üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, Azərbaycanın bugünkü tarixinin canlı şahidi olan yazıçılarımız, elm adamlarımız bu şərəfli tariximizin salnaməsini yaradaraq gələcək nəsillərimizə çatdıracaqlar. Bu zəfər dolu illərimizin tarixi çoxlu sayda kitablarda, əsərlərdə əksini tapacaq”.

 

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, kitab bəşəriyyətin ən vacib bilik almaq vasitələrindən biridir: “Azərbaycan mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət qayğı ilə yanaşan dövlətimiz kitaba mütaliəyə hər zaman dəyər verir. Təsadüfi deyil ki, 14 illik tarixə malik Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında cəmiyyət tərəfindən böyük maraqla qarşılanan iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur. Builki kitab sərgisi dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub.

 

SərgiNizami Gəncəvi İliçərçivəsində bu günə qədər keçirilən tədbirlər arasında iştirakçı sayı əhatə miqyasına görə ən böyük tədbirdir”.

 

Nazir bildirdi ki, sərgidə 12 ölkədən 43 qurum (nəşriyyat, kitabxana, səfirlik) 120-dən çox yerli nəşriyyat-poliqrafiya kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Beş gün davam edəcək sərgi çərçivəsində müxtəlif formatda 200-dən çox tədbir təşkil olunacaq. Sərgi çərçivəsində Nizaminin əsərləri ilə bağlı ayrıca guşə yaradılıb. Uşaqlar üçün Nizaminin əsərləri əsasında kukla tamaşaları göstəriləcək. Xalq yazıçıları şairləri, tanınmış gənc yazarlar məşhur xarici müəlliflər sərgidə iştirak edəcəklər. Bundan başqa, Bakı Ekspo Mərkəzinə ziyarətçilərin daşınması üçün ödənişsiz avtobuslar təşkil edilib”, - deyə Anar Kərimov vurğuladı.

 

Nazir qeyd etdi ki, builki kitab sərgisinin əsas özəlliklərindən biri onun qalib xalqın, Zəfər çalmış Azərbaycan dövlətinin təşkil etdiyi ilk beynəlxalq kitab bayramı olmasıdır. Sərgidə Vətən müharibəsində möhtəşəm Qələbəmizə həsr olunan, Qarabağın tarix mədəniyyətini əks etdirən kitablar, dərgilər digər çap məhsulları da yer alıb:

 

Bildiyiniz kimi, 2021-ci ilin 15 yanvar tarixində Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı iləQarabağa kitabla gedəkaksiyası həyata keçirilir. Hazırda bu aksiya çərçivəsində 55482 kitab toplanılıb. Bu kampaniyada bizə dəstək olan tərəfdaşlara, xüsusilə qardaş Türkiyə dövlətinə təşəkkürümü bildirirəm”.

 

Anar Kərimov çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik etdi, sərgi iştirakçılarına uğurlar arzuladı.

 

Təhsil naziri Emin Əmrullayev kitabın cəmiyyət həyatındakı rolundan danışdı. Söylədi ki, kitab təhsilin mərkəzində duran əsas anlayışlardan biridir, kitab mədəniyyətdir: “Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir”.

 

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxışına Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Mehmet Nuri Ersoyun salamlarını tədbir iştirakçılarına çatdırmaqla başladı. Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin əhəmiyyətdən danışdı, kitabın mütaliə vasitəsi kimi hələ də öz dəyərini qoruduğunu vurğuladı.

 

Sonda sərginin açılışını bildirən rəmzi lent kəsildi. Tədbir iştirakçıları kitab stendləri ilə yaxından tanış oldular.

 

Oktyabrın 10-dək davam edəcək VII Bakı Beynəlxalq Kitab Sərgisinin sponsoru “BP” şirkəti, baş TV tərəfdaşı Azərbaycan İctimai Televiziyasıdır. Təşkilati dəstəyi “Caspian Event Organisers” şirkəti həyata keçirir.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.1;2.