Köln Universiteti professorunun Bakı mühazirələri

 

Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı Almaniyanın Azərbaycandakı Səfirliyinin xətti iləNizami həftələrilayihəsi çərçivəsində elmi seminar keçirilib. Seminarda Köln Universitetinin şərqşünaslıq üzrə professoru, islamşünas tərcüməçi Ştefan Vaydner (Stefan Weidner) mühazirə oxuyub.

 

Tədbirdə universitetin Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti, tələbələri, Azərbaycan Dövlət Neft Sənaye Universiteti Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.

 

BDU-nun rektoru Elçin Babayev çıxış edərək Köln Universiteti professorunun mühazirəsinin Nizami Gəncəvi irsinə dünya miqyasında marağın təzahürü olduğunu, dahi şairin yaradıcılığının Avropada geniş tədqiq edildiyini bildirib.

 

Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Andreas Hohlt birgə mədəni elmi tədbirlərin ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyini, “Nizami həftələritədbirlər silsiləsinin alman ədəbiyyatı ilə müqayisəli şəkildə aparıldığını qeyd edib.

 

Professor Ştefan VaydnerŞərqşünaslığa yenidən baxış. Niyə Şərq ideyası hələ faydalıdıradlı məruzəsində Nizaminin Avropada tədqiqi, onun Qərb ölkələrində yaşamış yazıçı şairlərə təsiri, tərcümə məsələləri, Şərq Qərb ədəbi ənənələrinin mübadiləsi, təsirlər əlaqələrin inkişaf xətti, son əsrlərdə ədəbi əlaqələrin təsir dairəsi s. barədə danışıb.

 

Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov Azərbaycan şərqşünaslıq məktəbinin ənənələrindən söz açıb, Almaniya universitetləri ilə əlaqələrin qurulması istiqamətində görülən işlərdən danışıb.

 

***

 

Qeyd edək ki, Ştefan Vaydnerin daha bir mühazirəsi oktyabrın 4-də Almaniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində gerçəkləşib. Məruzənin mövzusu Qurban SəidinƏli Nino” romanı olub.

 

Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı diqqətə çatdırıb ki, tanınmış alimi xeyli vaxt idi ölkəmizə dəvət etmək istəyirdik. O, alimə təşəkkür edib bildirib ki, mühazirəNizami Gəncəvi İliçərçivəsində keçirilir.

 

Almaniya səfirinin müavini Hayko Şvartz deyib ki, onun üçün tədbirdə gənclərin iştirak etməsi xoşdur. Qeyd edib ki, səfirlik bir həftə boyu Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Bakı Gəncə şəhərlərində silsilə tədbirlər keçirəcək.

 

Ştefan Vaydner mühazirə zamanıƏli Nino” romanı ilə bağlı apardığı tədqiqatlardan söz açıb. Mən bu kitabı almanca oxumuşam. İlk olaraq kitabı açıb orada müəllif kitabı tərcümə edən şəxsin adı haqqında məlumat axtardım. Təəssüflər olsun ki, heç bir məlumat tapmadım”, - deyə almaniyalı alim qeyd edib.

 

Vurğulayıb ki, çoxları bu kitabın hansı dildə yazıldığını bilmir: “Azərbaycana gələcəyimi biləndə kitabın orijinalının axtarışına çıxdım. Məlum oldu ki, kitab 1937-ci ildəE.P.Tal Verlaqnəşriyyatı tərəfindən Vyanada çapdan çıxıb dünyanın 33 dilinə tərcümə olunub”.

 

Kitabın orijinalını özü ilə gətirən Ştefan Vaydner bildirib ki, nəşriyyatın sahibi yəhudi əsilli bir şəxsdir. O, Avstriyaya qaçmış müəlliflərin kitablarının nəşri ilə məşğul olurdu.

 

Əli Nino”da hadisələr Azərbaycanda baş verir. Müəllifin Azərbaycanı təsvir etməsi bizdə belə bir təəssürat yaradır ki, onun Azərbaycanla əlaqəsi var. Digər tərəfdən Qurban Səid digər bir kitabında ABŞ dünyanın başqa ölkələrini təfərrüatı ilə təsvir edir. Belə bir nəticəyə gəlirik ki, Qurban Səid səyahətçidir. Ola bilsin onun əsl adı Qurban deyil, başqa sözlə, Qurban Səid bir təxəllüsdür”, - deyə o bildirib.

 

Alim qeyd edib ki, “Əli Nino” müəyyən konteksti bildirmək üçün qoyulan şərti adlardır. Əli müsəlman aləmində, Nino isə xristianlıqda müqəddəs adlar sayılır. Nino xristianlığı Gürcüstana gətirmiş insanlardan biridir.

 

Əli Nino” “Leyli Məcnun”dan fərqli olaraq uğurlu bir sevgi tarixçəsidir. Bu kitabda dini ziddiyyətlərdən başqa digər müstəvilər var. Romanda bu ziddiyyətli qütblər açılır, nəticədə yeni bir vəhdət yaranır ki, qəhrəmanlar bu vəhdətin simvoluna çevrilir”, - Ştefan Vaydner əlavə edib.

 

 

 Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.5.