“Euronews”da
Lahıc haqqında reportaj
“Euronews” televiziyası
Azərbaycanın İsmayıllı
rayonunun qədim Lahıc qəsəbəsi
haqqında növbəti
reportaj hazırlayıb.
Lahıcı sənətkarlar şəhəri
kimi təqdim edən reportajda qəsəbədəki çay
daşlarından tikilən
bənzərsiz evlər,
sənətkarlıq emalatxanaları,
dəri emalı sexləri, bir neçə əsr yaşı olan xalçalardan bəhs edilir. Verilişdə Lahıcın misgərlik
sənəti ilə də məşhur olduğu vurğulanır,
yerli misgərlərlə
söhbətlər təqdim
edilir.
“Bu emalatxananın 300 yaşı
var. 1725-ci ildə açılıb
və hələ də fəaliyyətdədir. İndi 50 yaşım
var. Övladlarım burada
çalışan səkkizinci
nəsildir. Bu sənət güc, dözüm və səbir tələb edən çətin bir işdir”, – deyə misgər Kəbleyi Əliyev bildirib.
Bundan başqa,
verilişdə qeyd edilib ki, Lahıcda
hazırlanan mis qablar Luvr da
daxil olmaqla dünyanın məşhur
muzeylərində sərgilənir.
Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin
direktoru Kamal Əliyev bildirib ki, Lahıcda mis emalının tarixi bir neçə
əsr öncəyə
gedib çıxır. Arxeoloqlar Orta
əsrlərdə ölkənin
müxtəlif yerlərində
Lahıcda zərb olunmuş mis sikkələr tapıblar.
Reportajda
o da vurğulanıb ki, 2015-ci ildə Lahıcın misgərlik sənəti UNESCO-nun Qeyri-maddi
mədəni irs siyahısına daxil edilib.
Mədəniyyət.- 2021.- 13
oktyabr.- S.8.