Bakıda kitab bayramında növbəti görüşədək

 

İştirakçı və tədbir sayı, yüksək təşkilatçılıq və ziyarətçi marağı Bakı Beynəlxalq Kitab Sərgisinin regionun ən böyük kitab şöləni olduğunu təsdiqlədi

 

 

 

6-10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku İnternational Book Fair-2021) zəngin təəssüratlarla öz işini yekunlaşdırdı.

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgi 2009-cu ildə təməli qoyulmuş bu beynəlxalq tədbirin nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilati dəstəyi ilə baş tutan sərgidə 12 ölkədən (Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan) 43 xarici təşkilat, 122 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak etdi və sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbir təşkil olundu.

 

Sərgi mütaliə mədəniyyətinin təbliği, oxucuların nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanışlığı, ölkəmizdə kitab sənayesi sektorununmüasir ədəbi proseslərin inkişafının dəstəklənməsi istiqamətində öz rolunu uğurla həyata keçirdi.

 

Sərginin davam etdiyi 5 gün ərzində gənclərin və uşaqların çoxluq təşkil etdiyi on minlərlə ziyarətçi dünya ədəbiyyatının klassik əsərləri, dərsliklər, elmi araşdırmalar və uşaq ədəbiyyatının nümunələri ilə böyük maraqla tanış oldular və bəyəndikləri kitabları aldılar.

 

Tanınmış yerlixarici yazarlarÇingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Reyhan Yusifqızı, Nail Əlizadə, Gülseren Budayıcıoğlu, Ercan Kesal, Sinan Yağmur, Şah Səlimi Türkay, Toğrul Mehti Niyazi və başqaları sərginin xüsusi qonaqları oldular.

 

Azad Qarabağ, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər sərginin yaradıcılıq nöqteyi-nəzərindən əsas mövzusu idi. Müəlliflər Qələbəyə həsr olunmuş kitab, esse və şeirlərini təqdim etdilər.

 

Sərgi zamanı Nizami Gəncəvinin 880 illiyinə həsr olunanNizami Gəncəvi” guşəsinin və Nizami Gəncəvi ilə bağlı yeni nəşr olunan kitabların təqdimatı keçirildi.

 

Günün qonağı” olan Xalq yazıçısı Çingiz Abdullayev sərgidə gənc nəslə Vətən sevgisini, təhsilin önəmini aşılayan yazarların kitablarının təqdim olunmasını yüksək qiymətləndirdi.

 

Şairə Nigar Həsənzadənin “İgidlərin sözü” layihəsi xüsusi maraqla qarşılandı. Layihə çərçivəsində qazilər 44 günlük Qarabağ müharibəsi vaxtı yazılmış şeirlərini səsləndirdilər.

 

Sərgidə qardaş Türkiyənin nəşriyyatları geniş tərkibdə təmsil olundu. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Şule Yıldız sərginin işini bəyəndiklərini, növbəti illərdə sərgidə iştirakla bağlı daha maraqlı planlarının olduğunu dedi. “İmza günü” keçirilən türk yazıçısı və tədqiqatçısı Sinan Canan sərgiyə, bilavasitə kitaba ölkəmizdə geniş marağın olmasını təqdir etdi.

 

Yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirdi ki, bu sərgi Azərbaycanda kitab çapının inkişafına təkan verəcək, çünki burada əlaqələr qurulur, çoxsaylı görüşlər keçirilirbunun nəticəsində yeni layihələr üçün imkanlar yaranır.

 

Türkiyədə yayımlanan “Çukur” adlı serialda İdris Koçovalı obrazı ilə milyonların sevgisini qazanmış məşhur aktyor və yazıçı Ercan Kesal sərginin qonağı oldu. Çoxsaylı oxucuları ilə görüş keçirdi və görüşə qatılanlar üçün kitablarını imzaladı.

 

Yazıçı, şair Elxan Elatlı görüş zamanı çoxsaylı gənc ziyarətçilərin əhatəsində - “İndi tez-tez deyirlər ki, gənclər az kitab oxuyurlar, məncə, sərgi bu faktı uğurla təkzib etdi”, - dedi.

 

Sərginin keçirildiyi günlərdə foyedə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanmış tamaşa, həmçinin “Tıq-Tıq xanım” və “Cırtdan” kukla tamaşaları təqdim edildi, müxtəlif ustad dərsləri (xalça eskizlərinin hazırlanması, ebru sənəti) keçirildi. Uşaq yazıçısı Solmaz Amanova milli nağıl personajlarını kitablaroyunlar ilə azyaşlı ziyarətçilərə təqdim etdi.

 

Sərgidə bir ilk də yaşandı: sevdikləri yazıçının oxucularla görüş keçirəcəyini öyrənən gənclər – Cavidan Əliyev və Rəhmilə Ağayeva toy günü sərgini ziyarət etdilər.

 

Ümumilikdə iştirakçıların tərkibi, xüsusi qonaqların qatılımı, çoxsaylı tədbirlərin təşkili və ziyarətçi sayı baxımından Bakı Beynəlxalq Kitab Sərgisi regionun ən böyük kitab bayramı olduğunu təsdiqlədi. Ziyarətçilər və iştirakçılar bunu tədbir boyunca dəfələrlə xoş sözlərlə ifadə etdilər.

 

Mədəniyyət.- 2021.- 13 oktyabr.- S.1;2.