Jest dilində
“danışan” “Yeddi gözəl”
VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən çoxsaylı
tədbirlərdən biri
də F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının “Nizami ili” çərçivəsində
dahi şairin “Yeddi gözəl” poemasının elektron kitabının ardınca əsərin jest dilində
tərcüməsinin təqdimatı
idi.
Məlum
olduğu kimi, sərgidə Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Respublika Uşaq Kitabxanasının birgə
əməkdaşlığı ilə “Yeddi gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş
elektron kitab təqdim edilmişdi.
Bu layihənin davamı
kimi ərsəyə gələn jest dilində
tərcümə də
böyük marağa
səbəb oldu. Bunu tədbirə
gələn xüsusi
tipli məktəbin şagirdləri və ümumən nitq və eşitmə məhdudiyyətli qonaqların
çöhrəsindən sezmək
mümkün idi.
Rəhbəri və ideya müəllifi
olduğu layihə barədə məlumat verən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi
Şəhla Qəmbərova
geniş auditoriyaya təqdim etdikləri işin marağa səbəb olmasından məmnunluğunu bildirdi. Qeyd etdi
ki, Respublika Uşaq Kitabxanası
2019-cu ildən bu profilli uşaqlar üçün layihələr
həyata keçirir.
Layihə üzrə bütün
kitablar həm Brayl əlifbası, həm də eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün
videoformatda hazırlanıb
və saytın müvafiq bölməsində
yerləşdirilib. Eyni zamanda
bu kitablar jest dilinə tərcümə
edilərək xüsusi
internat məktəblərinin
kitabxanalarına hədiyyə
olunub.
Bu qəbil uşaqlar üçün vəsaitlərə
böyük ehtiyac olduğunu da dilə gətirən direktor bu istiqamətdə
təkcə kitabxanaların
deyil, ayrı-ayrı qurum və təşkilatların
maraq göstərməsinin
vacibliyini vurğuladı:
“Biz bu işi kitabxanamızın qızıl
fondunda qorunan “Yeddi gözəl” poemasından uşaqlar üçün yeddi hekayənin jest dilində tərcüməsi ilə
davam etdiririk. Tədbir başlayarkən siz xorda Dövlət himnimizi dinlədiniz.
Xorda iştirak edənlər 2 nömrəli xüsusi uşaq internat məktəbinin şagirdləri
idi. Onlar nitq və eşitmə
məhdudiyyəti olsa
da, sağlam uşaqlarla – Cövdət
Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri ilə birlikdə oxudular. Gördüyünüz kimi, onlar bir-birini artıq bir baxış, bir jestdən gözəl anlayırlar.
Kitabxananın da əsas məqsədi sağlam və sağlamlıq imkanları
məhdud uşaqları
bir araya gətirmək, onların ünsiyyətini təmin etmək, əlaqə qurmalarına dəstək
olmaqdır. Düşünürəm ki, bu istiqamətdə işbirliyimiz,
bir-birimizə dəstəyimizlə
xüsusi diqqətə
ehtiyacı olan uşaqlarımızla bağlı
layihələrimiz daha
çox olmalıdır”.
Çıxışın ardınca gözlər ekrana dikildi və mətnin jest dilində təqdimatı başladı. “Silent Communication” təşkilatının qurucusu
və rəhbəri Şamil Sabirzadə və təşkilatın
jest dili üzrə təlimçi və tərcüməçisi Könül
Quliyeva tərəfindən
tərcümə edilən
material nitq və eşitmə məhdudiyyətli
izləyicilərin xüsusilə
marağına səbəb
oldu. Onlar rəngarəng illüstrasiya
və qrafik elementlərlə zəngin
mətnin ekran təsvirini məmnunluqla izlədilər.
Jest üzrə təlimçilərin
də iştirak etdiyi təqdimat musiqi nömrəsi ilə başa çatdı. Bakı Musiqi Akademiyası Akademik vokal fakültəsinin tələbəsi,
kitabxananın aktiv xüsusi oxucusu, görmə məhdudiyyətli
fitri istedad sahibi Səməd Novruzovun ifasında “Sevgili canan” romansı dinlənildi.
HƏMİDƏ
Mədəniyyət.- 2021.- 13
oktyabr.- S.3.