“Aşıq Ələsgər və Azərbaycan folkloru

 

Yaradıcılıq müsabiqəsi

 

 

 

Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində paytaxtın ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında “Aşıq Ələsgər və Azərbaycan folklorumövzusunda yaradıcılıq müsabiqəsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müsabiqənin məqsədi şagirdləri ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloruxalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, onların bədii-estetik zövqünü formalaşdırmaq və yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdir.

Müsabiqə “Şeir”, “Mahnı” və “Yaradıcı olmaqla 3 nominasiya üzrə keçirilir.

Müsabiqənin noyabrın 1-dək davam edəcək məktəb mərhələsində nominasiyalar üzrə seçilən şagirdlər barədə məlumat ils.layiheler@baku.edu.gov.az elektron ünvanına göndərilməlidir. Noyabrın 2-dən 25-dək keçiriləcək müsabiqənin II (şəhər) mərhələsində münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdiriləcək.

Şeir” və “Mahnı” nominasiyaları üzrə qiymətləndirmə zamanı ifaçının səhnə mədəniyyəti, təqdimetmə və vaxtın düzgün idarə olunması bacarıqları (3-5 dəqiqə), nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, “Yaradıcı ” nominasiyası üzrə isə işin mövzuya uyğunluğu, maraqlı ideya, fikri sərbəst ifadə etmək bacarığı, bədii təfəkkür, obrazlı düşüncə və ifadə tərzi, düzgün kompozisiya və ideyanın orijinallığı əsas meyarlar kimi götürüləcək.

Müsabiqənin final mərhələsində hər nominasiya üzrə 1 nəfər I, 1 nəfər II, 1 nəfər isə III yer olmaqla, ümumilikdə 9 şagird qalib kimi müəyyənləşdiriləcək. Həmçinin nominasiyalar üzrə həvəsləndirici mükafat və fəal iştiraka görə tərifnamə təqdim olunacaq.

 

Mədəniyyət.- 2021.- 13 oktyabr.- S.6.