Sonuncu” növbəti festivalda

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuşSonuncu” sənədli filmi oktyabrın 23-dən 30-dək İstanbulda keçiriləcək 9-cu Boğaziçi Beynəlxalq Film Festivalında nümayiş olunacaq. Rejissor Fariz Əhmədovun filmi festivalın “Beynəlxalq sənədli filmlər” kateqoriyasında yarışacaq.

 

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədov, operatoru Mateuş Çuxnovskidir (Polşa).

 

Sonuncufilmi bu ay həmçinin Polşanın Poznan şəhərində keçiriləcək 25-ci Beynəlxalq sənədli film festivalının proqramına daxil edilib.

 

Mədəniyyət.- 2021.- 13 oktyabr.- S.8.