Turizm imkanlarımız Ukraynada təbliğ edilib
Azərbaycan Turizm Bürosu oktyabrın 12-də Ukraynanın Kiyev şəhərində keçirilən “Deluxe Travel Market” adlı vorkşopda ölkəmizin turizm imkanlarını təbliğ edib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, vorkşopda 30-dan çox şirkətlə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib.
Görüşlərdə Azərbaycana ukraynalı turistlərin cəlb olunması, turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də iki ölkə arasında aviauçuşlar kimi məsələlər müzakirə olunub.
Həmçinin görüş iştirakçılarına ölkəmizdə fəaliyyət göstərən hotellər, pandemiya şəraitində ictimai məkanlarda tətbiq olunan qaydalar haqda məlumat verilib.
Sərhədlərin açılmasından sonra Ukrayna turizm
şirkətlərinin Azərbaycanda işgüzar
və müalicəvi turizm, ekoturizm və ekskursiyalar kimi turizm məhsullarına
maraq göstərəcəyi bildirilib.
Mədəniyyət.- 2021.- 15
oktyabr.- S.8.