Füzulinin azad
olunmasının ildönümü ilə
bağlı sərgi
Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində 17 oktyabr – Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar sərgi açılıb. Tədbirdə rayon İcra Hakimiyyətinin şöbə müdiri Gülbahar Eyvazova, regional idarənin rəisi Faiq Xudanlı, şəhid ailələri və mədəniyyət işçiləri iştirak ediblər.
Sərgidə Vətən
müharibəsində torpaqlarımızın
azadlığı uğrunda
canlarını fəda edən Füzuli rayon şəhidlərinin geyimləri, sənədləri,
fəxri fərmanları, fotoşəkil və digər əşyaları,
eləcə də rayonun 78 şəhidi
haqqında məlumatlar nümayiş etdirilib. Həmçinin
şəhidlərimizin həyat yolu və
qəhrəmanlıqlarından bəhs edən kitab
və məqalələrin yer
aldığı mətbu nəşrlər, eləcə də
müharibə zamanı rayon ərazisinə
atılmış mərmilərin qalıqları, Füzuli, Zəngilan, Xocavənd və Şuşadan tapılaraq Füzuli
Rayon Tarix-Diyarşünaslıq
Muzeyinə təqdim olunan əşyalar sərgilənib.
Mədəniyyət.- 2021.- 15
oktyabr.- S.3.