“Xarıbülbül”ün
açılışı böyük Zəfəri
gözləyirdi
“Xarıbülbül” Azərbaycan Vizyon Teatrının açılışı Zəfərimizi gözləyirdi. Biz artıq altı ildir ki, Türkiyə-Azərbaycan Vizyon Teatrı olaraq fəaliyyət göstərdik. İndi qürurla “Xarıbülbül” adını daşıyır, bu ada layiq olmağa çalışırıq. Bu Zəfəri bizə yaşadan Ali Baş Komandanımıza, şanlı Azərbaycan Ordusuna minnətdarıq. Vətən torpağı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzu edirəm. Oğullarımız bizim alnımızı açıq etdilər.
Bu fikirləri İstanbulda fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatrının rəhbəri Kamalə Cabbarova söyləyib.
Hazırda Qarabağ Zəfərinin
birinci ildönümü
münasibətilə yeni tamaşa
üzərində işlədiklərini deyən Kamalə Cabbarova ən böyük
arzusunun teatr kollektivi ilə birgə Şuşada
tamaşa nümayiş
etdirmək olduğunu bildirib.
Mədəniyyət.- 2021.- 15
oktyabr.- S.5.