Tarix yazan qəhrəmanlar unudulmur

 

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlov və Şəmkir rayon MKS-nin kollektivi ötən ilin oktyabrında Ermənistanın Gəncəyə raket zərbəsi zamanı həlak olmuş AnarNurçin Əliyevlərin məzarlarını ziyarət edib. Regional idarənin Göygöl rayonu üzrə nümayəndəliyi Gəncədə düşmən raketi atılmış ərazini ziyarət edib, tər qərənfillər düzüblər.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları və tabe müəssisələrin kollektivləri Vətən müharibəsi qazilərini və şəhidlərimizin ailələrini ziyarət ediblər.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi İmişli rayon Mərkəzi Kitabxanasında “Zirvədən boylananlar” adı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər və rayonda yerləşən bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon MKS-nin SarvanStansiya Dayıkənd kənd kitabxana filiallarının əməkdaşları Vətən müharibəsi şəhidi Alməmməd Babayevin ailəsini ziyarət ediblər.

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ucar rayon Heydər Əliyev Mərkəzində “Tarixi Qələbə” adlı sərgi təşkil olunub. Zərdab rayon Həsən bəy Zərdabi Muzeyində “Qarabağın Zəfər tarixi” adlı tədbir təşkil olunub. Göyçay Rayon Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi qaziləri Turan İslamov, Nemət Həşimov və Mehman Əsgərovla görüş olub. Göyçay rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qaziləri Fuad Məmmədov və Ramin Seyidovla görüş keçirilib.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Hacıqabul Rayon Tarix-Diyarşünaslıq Muzeyirayon 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Biz onlara borcluyuq” adlı tədbir keçirilib.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxanasının işçiləri “Qəhrəmanlar unudulmur” başlıqlı sərgi təşkil ediblər. Sərgidə şəhidlərimizin və Milli Qəhrəmanlarımızın döyüş yolundan bəhs edən kitablar nümayiş olunub. Kəlbəcər rayon Uşaq incəsənət məktəbində Vətən müharibəsindəki Qələbəmizə həsr edilmiş, uşaqların əl işlərində ibarət “Zəfərə aparan yol” adlı sərgi keçirilib. Goranboy Dövlət Rəsm Qalereyasında Vətən müharibəsinin birinci ildönümü ilə bağlı hərbi-vətənpərvərlik mövzusunda rəsm sərgisi təşkil edilib. Xocalı rayon MKS tərəfindən “Biz sizə borcluyuq” başlıqlı dəyirmi masa keçirilib.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, mədəniyyət işçiləri Vətən müharibəsi şəhidləri Aqil Mirzəliyevin və Həsən Abdullayevin ailələrini ziyarət ediblər. Şamaxı Dövlət Rəsm Qalereyasında Vətən müharibəsinə həsr edilən sərgi təşkil olunub.

 

Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki kənd Folklor evində “Şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda tədbir keçirilib. Folklor evinin bədii özfəaliyyət kollektivi üzvlərinin ifasında şəhidlər haqqında şeirlər səsləndirilib. Şəkinin Bideyiz kənd Folklor evində Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolumuz” adlı ədəbi-bədii axşam keçirilib. Balakən şəhər 2 saylı Diyarşünaslıq klubundaTarix yazan qəhrəmanlar” adlı görüş keçirilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ağstafa şəhər 1 saylı orta məktəbin V sinif şagirdlərinə “Tarixi Zəfər və böyük qayıdış” başlıqlı mühazirə söyləyiblər. Ağstafa şəhər 2 saylı uşaq bağçasında “Xarıbülbül – 44” başlıqlı sərgi təşkil edilib. Sərgidə Ağstafa Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin əl işləri nümayiş olunub. Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası və Yuxarı Göycəli kənd mədəniyyət müəssisələri “Kəndimizin əbədiyaşar şəhidləri” adlı görüş keçiriblər. Tovuz Dövlət Rəsm Qalereyası və Tovuz rayon MKS-nin əməkdaşları Vətən müharibəsi şəhidi Amil Rüstəmovun ailəsini ziyarət ediblər. Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanasının əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, kapitan Nicat Bədəlovla görüşüblər.

 

Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.3.