Xalq artistinin yubiley tamaşası
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı pandemiyanın doğurduğu ilyarımdan çox fasilədən sonra pərdələrini açır. Teatr oktyabrın 15-də yeni mövsümə ənənəvi olaraq “Qarabağnamə” tamaşası ilə başlayır. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən tamaşa Qarabağda tarixi Zəfərdən sonra bir başqa ovqatla baxılacaq.
Oktyabrın 16-da isə Akademik Milli Dram Teatrının yubiley tamaşası var. Cəlil Məmmədquluzadənin
“Ölülər” əsərinin
növbəti tamaşası
baş rolun ifaçısı – Xalq artisti Nurəddin Mehdixanlının 65 illik yubileyinə həsr ediləcək. Tamaşanın quruluş müəllifi
Xalq artisti Azər Paşa Nemətovdur.
Görkəmli bəstəkar Qara Qarayevin 1966-cı ildə
“Ölülər” tamaşası
(rej. Tofiq Kazımov) üçün
yazdığı musiqi
yeni versiyada təqdim olunacaq. Mədəniyyət Nazirliyinin sifarişi
ilə hazırlanan səhnə əsərinin
elmi məsləhətçisi
akademik İsa Həbibbəylidir.
Şeyx Nəsrullahı Xalq artisti Nurəddin
Mehdixanlı, Kefli İsgəndəri
Əməkdar artist Anar
Heybətov oynayacaq. Digər
rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov,
Hacı İsmayılov, Əli Nur, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elşən
Rüstəmov, Elxan Quliyev,
Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Mirzə Ağabəyli və
başqaları canlandıracaq.
Mədəniyyət.- 2021.- 15
oktyabr.- S.2.