Bakı Marionet Teatrı yeni mövsümə başlayır

 

Oktyabrın 16-da Bakı Marionet TeatrıLeyli Məcnuntamaşası ilə yeni mövsümünün açılışını edəcək.

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası əsasında hazırlanan marionet tamaşanın quruluşçu rejissoru rəssamı Tərlan Qorçu, musiqi aranjimançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.

 

Leyli Məcnunmuğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində gedib, premyera 2016-cı ilin dekabrında keçirilib. Marionet Teatrı İçərişəhərdə, M.Maqomayev 20 ünvanındakı tarixi binada fəaliyyətə bu tamaşa ilə başlayıb.

 

Dekorasiya, kukla rekvizitlər müxtəlif ölkələrin teatr ustalarının iştirakı ilə hazırlanıb. Aktyorların idarəsi ilə marionet kuklalar faciəvi məhəbbət əfsanəsinin qəhrəmanlarını təkraredilməz şəkildə canlandırırlar. Bakı Marionet TeatrıLeyli Məcnuntamaşası ilə Fransa, Xorvatiya   başqa ölkələrdə çıxış edib.

 

 

Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.5.