Boğaziçi festivalında iki filmimiz yarışacaq
Xəbər verdiyimiz kimi, 23-30 oktyabr tarixində İstanbulda 9-cu Boğaziçi
Beynəlxalq Film Festivalı
keçiriləcək. Gənc prodüserlərə
və rejissorlara yeni filmlər çəkmək üçün
maddi və mənəvi dəstək
yaratmaq məqsədi daşıyan festivalda Azərbaycan kinosu da təmsil olunacaq.
“Beynəlxalq qısametrajlı
bədii film” bölməsində
Teymur Hacıyevin “Axşama doğru” filmi mükafat uğrunda yarışacaq. Bu bölmədə Fransa, Çin, ABŞ, Rumıniya
və digər ölkələrdən 9 film yer
alıb.
“Beynəlxalq qısametrajlı
sənədli film” bölməsində
isə Fariz Əhmədovun “Sonuncu” filmi mübarizəyə qoşulub. “Sonuncu”
filmi də öz kateqoriyasında müxtəlif ölkələrdən
9 filmə qarşı
yarışacaq.
Qeyd edək
ki, festivalın “beynəlxalq bədii film” kateqoriyasının münsiflər
heyətində azərbaycanlı
rejissor Hilal Baydarov da var.
Mədəniyyət.- 2021.- 15
oktyabr.- S.8.