İnformasiya-kitabxana sahəsində təcrübə mübadiləsi üçün gözəl imkan

 

 

Bakıdakı kitab bayramından təəssüratlar

 

 

 

6-10 oktyabrda gerçəkləşən VII Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizin mədəni həyatında hadisəyə çevrildi. Müxtəlif ölkələrdən qonaqların qatıldığı kitab bayramı yaddaşlarda dərin iz buraxdı. Sərginin gedişində həmsöhbət olduğumuz xarici ölkə nümayəndələrinin təəssüratları da fikrimizi təsdiq edir.

 

 

 

Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova:

 

Bolqarıstan Bakıda təşkil edilən sərgidə ilk dəfə iştirak edir. Kitabxanamızın 140 illik tarixi var. Sərgilədiyimiz nəşrlər Azərbaycan oxucularını Bolqarıstanın mədəniyyəti, tarixi, adət-ənənələri, təbiəti, turizmi ilə tanış etdi. Gətirdiyimiz kitabları sərgidən sonra Azərbaycan Milli Kitabxanasına hədiyyə etdik. Bundan sonra Azərbaycan Milli Kitabxanasında Bolqarıstan guşəsi fəaliyyət göstərəcək kitablar daimi ekspozisiyada oxucuların ixtiyarında olacaq. Azərbaycan Milli Kitabxanası ilə əlaqələrimiz qənaətbəxşdir. Bu ayın sonunda Milli Kitabxananın direktoru Bolqarıstana səfər edəcək bizim Milli Kitabxanada Azərbaycan guşəsinin açılışını edəcəyik. Bizi bu sərgiyə dəvət etdiyinə görə Azərbaycan Milli Kitabxanasına təşəkkür edirik. Bu həm təcrübə mübadiləsi üçün mühüm imkandır.

 

 

 

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin:

 

Çox möhtəşəm bir sərgidir. Bir-birindən rəngarəng kitablar. Müxtəlif ölkələrin nəşriyyatlarının nümayəndələri ilə görüş imkanı... Azərbaycanla yanaşı Türkiyə nəşriyyatları da diqqət çəkir. Çox istərdim ki, rus dilində ədəbiyyat da çoxluq təşkil etsin. Biz Rusiyadan bu sərgidə iştirakımızla qürur duyuruq. Bizim müasir kitabxanaçılıqla bağlı maraqlı layihələrimiz var. Bu səbəbdən biz Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıqdan məmnunuq bilirsiniz ki, bununla bağlı memorandum da imzaladıq. Biz 20 ildən artıqdır əməkdaşlıq edirdik. Amma imzalanmış yeni sənəd bizə daha geniş imkanlar yaradacaq. Bizim kitabxananın 100 yaşı var. Bu sənəd bizim əməkdaşlığımız üçün yeni bir mərhələ olacaq. Müasir ədəbi nümunələrimizin tanıtımı baxımından, şair yazıçılarımızın təbliği, təcrübə mübadiləsi sarıdan kompleks şəkildə əməkdaşlığımız davam edəcək inanıram ki, nəticəsi uğurlu olacaq.

 

 

 

Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Muxtaram Muratova:

 

Sərgidə iştirakım üçün ilk növbədə Özbəkistanın Azərbaycandakı Səfirliyinə Azərbaycan Milli Kitabxanasına dəvətə görə təşəkkür edirəm. Bu sərgi informasiya-kitabxana sahəsində təcrübələrin bölüşülməsi üçün gözəl imkandır. Sərgidə ən yaxşı nəşriyyatlar çap məhsulları nümayiş olunur. Biz tanınmış özbək yazıçılarının özbək tarixini, mədəniyyətini, xalqımızın mədəni irsini təbliğ edən əsərləri təqdim edirik. Ekspozisiyamızda ümumilikdə 65 adda kitab ölkəmizin informasiya-kitabxanaçılıq işini işıqlandıranİnfolibjurnalı yer alır. Bu məhsullar sizin kitabxanaya hədiyyə olunacaq. Belə sərgilər tədbirlər ölkələr arasında mədəni körpü rolunu oynayır alqışlanası hadisədir.

 

 

 

Türkiyə Mədəniyyət Turizm Nazirliyinin əməkdaşı, ney ifaçısı Süleyman Yardım:

 

Azərbaycana yeddinci səfərimdir. Hər gəldiyimdə öz torpağım qədər sevərək darıxaraq gəlirəm. Mənim soyköküm Azərbaycandandır. Bura ikinci vətənim sayılır. Sərginin proqramı çərçivəsində konsertlə çıxış etdik. Ney alətinə Türkiyədə böyük maraq var. Ankara Konservatoriyasında çoxsaylı tələbələrim var. Bizdə ney həm klassik türk musiqisi, həm sufi musiqisində geniş istifadə olunur. Son dövrlər həm bəzən Qərb tipli orkestrlərə ney alətini daxil edirlər. Azərbaycanda da istifadə edilən fərqli ney alətləri var. Bütün nəfəsli alətlər gözəl duyğuları ifadə edir. Bakıda bir neçə konsert proqramı ilə çıxış etmişəm. Azərbaycan musiqisini çox sevirəm. Muğam mahnıların necə çatdırıldığı mənim üçün çox önəmli idi. Nizamidən, Füzulidən qəzəllərin oxunması bizim təsəvvüf musiqisi ilə çox yaxındır. Sizin musiqi ocaqlarında öyrəndiklərimi Türkiyədə tələbələrimə çatdırmağa çalışıram. Bakıdan çoxsaylı kitab notlar alıb aparmışdım. Həmin əsərləri Türkiyədəki orkestrlərlə birgə məşqlər edirik. Kitab sərgisindən böyük təəssüratla qayıdacağam.

 

 

 

Almatykitap Baspassykompaniyasının (Qazaxıstan) nümayəndəsi Aneliya Batalova:

 

– Bakı sərgisində ilk dəfədir iştirak edirik. Qazaxıstandan bəhs edən 12 adda nəşrimiz sərgilənir. Bu kitablar qazax, rusingilis dillərindədir. Bizim kompaniya həmçinin məktəbəqədər uşaqlar üçün dərslik və məktəb dərsliklərinin nəşri ilə məşğuldur. Bakıda əsas sərgilədiyimiz layihə şagirdlər üçün elektron platformadır. Bu layihə şagird və müəllimlərin işinin asanlaşdırılmasına xidmət edir. Bu platforma özündə dərslikləri, tapşırıqları, videoçarxanimasiya filmlərini cəmləşdirir. Hazırda pandemiya ilə əlaqədar dünyanın bir çox ölkələrində onlayn dərs sisteminə keçildiyinə görə layihəmiz aktuallığı ilə seçilir. Azərbaycanlı həmkarlarımız bu platforma ilə maraqlansalar, çox xoş olardı.

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Baş İdarəsinin müdir müavini Taner Beyoğlu:

 

– Stendimizdə 22 nəşriyyat öz məhsullarını təqdim etdi. Eyni zamanda nəşriyyatlarımız azərbaycanlı həmkarları ilə görüş keçirdilər. Nazirliyimiz bu gün öz kitablarını, eləcə də Türkiyədə nəşr olunmuş iki minə yaxın əsəri təqdim edir. Ümumiyyətlə, stendimizdə beş minə yaxın kitab var. Bununla yanaşı, biz yeni irimiqyaslı TEDA (Türkiyə Ədəbiyyatının Xaricə Açılımı) layihəsini təqdim edirik. Bu layihə çərçivəsində xarici nəşriyyatlar Türkiyədə nəşr olunan əsərləri öz dillərinə tərcümə edir, habelə nəşriyyat və tərcümə işlərinin gedişində çəkilən xərclərə görə bizdən gəlir əldə edirlər. Sərgidə Azərbaycan nəşriyyatlarını bu layihə ilə tanış edirik ki, onlar da Türkiyə əsərlərini Azərbaycan dilinə tərcümə edərək layihədən yararlana bilsinlər. Biz həm də çox maraqlı ədəbi-mədəni proqram hazırlamışıq. Uşaq ədəbiyyatı yazıçılarını da sərgiyə dəvət etmişik. Nəşriyyatlarla çox böyük planlarımız, eləcə də Azərbaycan nəşriyyatları ilə görüşlərimiz olacaq. Ənənəvi formatda kitab sərgisi keçirmək imkanı yazıçılara, publisistlərə və təşkilatçılara enerji verib.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.4.