Qəhrəmanlar can verir
yurdu yaşatmaq üçün
Azərbaycan İstiqlal Muzeyi
44 günlük Vətən
müharibəsi şəhidlərinin
əziz xatirəsinə
həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə üzrə silsilə tədbirlərə
başlayıb.
Oktyabrın 19-da layihənin ilk sərgisində
Vətən Müharibəsi
Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərov, Vətən
müharibəsi şəhidləri
– kapitanlar Arzu İsgəndərov və
Samid Əsgərovun şəxsi əşyaları
nümayiş etdirilib.
Tədbirdə İstiqlal Muzeyinin
direktoru Sədi Mirseyibli, ehtiyatda olan polkovnik Şair Ramaldanov, şəhid kapitan Arzu İsgəndərovun qardaşı – Vətən
müharibəsi iştirakçısı
Amil İsgəndərov,
Vətən Müharibəsi
Qəhrəmanı, polkovnik-leytenant
Orxan Əkbərovun əmisi Yusif Əkbərov, şəhid
kapitan Samid Əsgərovun anası Sevinc Əsgərova və şəhidin döyüş yoldaşı,
gizir Amil Əbilov çıxış ediblər.
Vətən Müharibəsi Qəhrəmanı
Orxan Əkbərovun qızı atası ilə bağlı xatirələrini bölüşüb.
Sərgidə şəhidlərə məxsus
hərbi geyimlər, onların döyüş
yolunu əks etdirən fotolar və digər şəxsi əşyalar
sərgilənir. Tədbirdə şəhid ailələri,
Dövlət Sərhəd
Xidməti Akademiyasının
kursantları, Nizami rayonu 10 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak
ediblər.
Layihənin ilk sərgisi 23
oktyabr tarixinədək açıq olacaq.
Mədəniyyət.- 2021.- 22
oktyabr.- S.6.