Səkkiz əsrlik “Yeddi gözəl” möcüzəsi

 

 

Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri, bu il 880 illiyi müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda qeyd olunan Nizami Gəncəvinin (1141-1209) beş poema-məsnəvidən ibarət “Xəmsə”si (beşlik) bəşəriyyətin bədii-fəlsəfi fikir salnaməsinin ən dəyərli səhifələrindəndir. “Sirlər xəzinəsi”, “XosrovŞirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemaları dahi şairin sülh, humanizm, zəhmət, birlik, bərabərlik və s. mütərəqqi ideyalarının əks olunduğu qiymətli xəzinələrdir.  

 

“Xəmsə”yə daxil olan dördüncü əsər “Yeddi gözəl” (“Həft peykər”) poemasıdır. 1197-ci ildə qələmə alınan əsər Marağa hakimi Əlaəddin Körpə Arslana ithaf edilib. “Yeddi gözəl” müxtəlif hesablamalara görə, 4637-5136 beytdən ibarətdir.

 

Hökmdarxalq problemi poemanın ana xəttini təşkil edir. Əsərin mövzusu Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gur (406-439) haqqında rəvayətlərdən alınıb. Şair əsərdə Bəhram şahın həyatını əks etdirmək adı altında öz dövrü haqqında tənqidi fikirlərini ifadə edib.

 

Əsər əsasən Hindistan, Türküstan, Xarəzm, Rus, Çin, Rum (Bizans) və İran ölkələrindən gətirilən və rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Maraqlı nağıl və məhəbbət macəralarının içərisində şair zülmkar şahları xalqın qayğısına qalmağa, dövləti, ölkəni ədalətlə idarə etməyə çağırır...

 

1832-ci ildə “Yeddi gözəl” poemasından slavyan gözəlinin hekayəsi şərqşünas Frans Erdman tərəfindən alman dilinə tərcümə edilibKazanda “Bəhram Gurrus şahzadəsi” adı ilə nəşr olunub. Bu hissə 1844-cü ildə Kazanda yenidən çapdan çıxıb. 1846-cı ildə Londonda, uzun müddət Hindistanİranda yaşamış Qor Ouslinin bir kitabında poemanın əvvəlində verilmiş bəzi hissələr – Bəhram Gurun qonşu ərəb hökmdarı Noman tərəfindən böyüdülməsi, Çin gözəlinin danışdığı “Xeyir və Şər” hekayəsi və hökmdar və vəzir haqqında hekayə (poemanın bağlanış hissəsi) hərfi tərcümə ilə ingilis dilində təqdim edilib. Alman filoloqu Pol Horn 1901-ci ildə çap etdirdiyi kitabında “Yeddi gözəl” poemasının məzmununa geniş yer verib.

 

Yeddi gözəl”in Qərbi Avropa dillərinə tam şəkildə üç klassik tərcüməsi vardır. Poema ilk dəfə Çarlz Eduard tərəfindən 1924-cü ildə ingilis dilinə tərcümə olunub. Tərcümə sərbəst şeir şəklində olmaqla və bəzi istisnalarla orijinalı tamamilə əks etdirib. Birinci nəşrdə tərcümə, ikinci nəşrdə isə şərhlər verilib. Bu tərcümə sonradan bir neçə dəfə təkrar çap olunub. Poema Oksford Universitetinin professoru Culi Skott Meysami tərəfindən ingilis dilinə tərcümə olunub. Bu tərcümə 1967-ci ildə təkrarən isə 1995-ci ildə Böyük Britaniya ABŞ-da nəşr edilib. Ritter-Rıpka nəşrinə əsaslanan bu tərcümə sərbəst şeir şəklində həyata keçirilib. Poema üçüncü dəfə Elsi Mattin Corc Hill tərəfindən ingilis dilinə tərcümə olunaraq 1976-cı ildə nəşr edilib.

 

Yeddi gözəl” 1976-cı ildə Alessandro Bauzani tərəfindən italyan dilinə tərcümə olunub. Çoxsaylı tərcümələr arasında Rudolf Qelpkenin alman dilinə tərcüməsini (1959, Sürix) qeyd etmək olar. 1922-ci ildə Moskvada poemanın bir hissəsi rus dilində nəzmlə, “Nizami - Yeddi gözəl. Hind şahzadəsinin hekayəsiadı ilə nəşr edilib. Bu tərcümə hələ Birinci Dünya müharibəsindən əvvəl Rusiya Ədəbiyyatsevərlər Cəmiyyətinin üzvü Aleksey Qruzinski tərəfindənSabaşnikovnəşriyyatı üçün həyata keçirilmişdi. 1923-cü ildəVostokjurnalında poemanın bəzi hissələri rus dilində işıq üzü görüb. Bu nəşri sonradan nizamişünas alim kimi geniş şöhrət tapan Yevgeni Bertels həyata keçirib.

 

Yeddi gözəl”i rus dilinə tam şəkildə Vladimir Derjavin (nəzmlə, 1959, Moskva) Rüstəm Əliyev (nəsrlə, 1983, Bakı) tərəfindən tərcümə edilib. Poemanın Xalq şairi Məmməd Rahim tərəfindən Azərbaycan dilinə bədii tərcüməsi 1983, 2004, 2006 2013-cü illərdə Bakıda nəşr olunub.

 

Onu da qeyd edək ki, əsrlər boyuYeddi gözələsərinin əlyazma nüsxələrini bəzəyən Təbriz, Şiraz, Herat, İsfahan, Yəzd, Buxara digər şəhərlərdən olan miniatürçü rəssamlar poemanın müxtəlif səhnələrini əks etdirən əsərlər yaradıblar. Dahi Nizaminin bu əsərinin dünyada şöhrət qazanmasında böyük bəstəkar Qara QarayevinYeddi gözəlbaleti (1952) mühüm rol oynayıb. Bu gün dünyanın məşhur səhnələrində nümayiş olunan balet musiqi mədəniyyətimizlə yanaşı, Nizami Gəncəvi fenomenini beynəlxalq aləmdə tanıdır.

 

Savalan FƏRƏCOV

 

 

Mədəniyyət.- 2021.- 22 oktyabr.- S.7.