“Bakı hotelləri” Parisdə sərgilənib

 

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) fotoqraf Maya Bağırovanın “Bakı hotelləri” sərgisi açılıb.

 

Sərgi “Prix Villegiature – 2020-2021” – ən yaxşı hotel, hotel dizaynı və memarlığı, spa, xidmət kimi nominasiyalar üzrə mükafatlandırma tədbiri çərçivəsində təşkil edilib. Sərgidə azərbaycanlı fotoqrafın çəkdiyi fotolar – Bakıdakı hotellərin görüntüləri nümayiş olunub.

 

AMM-də təşkil olunanPrix Villegiature – 2020-2021” mərasimində “Fairmont Bakuhoteli “ən yaxşı daxili dizaynarxitektura nominasiyası” üzrə mükafatlandırılıb. Qeyd edək ki,  2014-cü və 2017-ci illərdə “Four Seasons Baku” və Qəbələdəki “Chenot Palace Health Wellness Hotel” “Prix Villegiaturein ən yaxşı spa, kurorthotel nominasiyaları üzrə mükafata layiq görülüb.

 

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ölkəmiz və “Fairmont Bakuhoteli haqqında məlumat verib. “Fairmonthotelini təmsil edən “Accordizayn şirkətinin vitse-prezidenti Federico Toresi Riba mükafatı qəbul edərək təşəkkürünü bildirib.

 

Prix Villegiature” müsabiqəsi 2003-cü ildə təsis olunubhotelçilik üzrə 21 nominasiyada mükafatlar təqdim edir. Mükafatçılar jurnalistlərdən ibarət münsiflər heyətinin səsverməsi yolu ilə müəyyən edilir.

 

Mədəniyyət.- 2021.- 22 oktyabr.- S.8.