Yeni mövsüm
“Zınqırovlu pişik”lə açılıb
Qax Dövlət Kukla Teatrı 49-cu mövsümünü Əhməd Orucun “Zınqırovlu pişik” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açıb. Tamaşanı şəhid və qazi uşaqları da izləyiblər.
Rejissor Elşad Rəhimzadənin quruluş verdiyi tamaşada rolları Araz Mehrablı, Afət Yaqubova, Nuru Mustafayev, Aynurə Abbasova və başqaları oynayıblar. Səhnə əsərinin rəssamı Mayis Abdullayevdir.
Hazırda teatrda
2021-ci ilin repertuar
planına daxil edilən iki
əsər – fransız yazıçısı Şarl Perronun
“Yatmış gözəl” və rus
yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan”
əsərləri əsasında səhnələşdirilən
tamaşalar üzərində məşqlər
davam etdirilir. Birinci tamaşa
oktyabrın sonunda uşaqlara
təqdim olunacaq.
Mədəniyyət.- 2021.- 22
oktyabr.- S.4.