Bəbə səhnəsi”nə
çıxanlar
Oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni layihəsi olan “Bəbə səhnəsi”nin premyerası olub.
“Qoğal” nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamları Şahin Hüseynli və Pərvanə Məmmədlidir. Tamaşada gənc aktrisalar Sabirə Abdullayeva və Hökümə Rəhimzadə rol alıblar.
Tamaşa nağıl
estetikasında qurulub. Elə balaca tamaşaçıların gözü önündə açılan
nağıl kitabının üzərində
danışılan və göstərilən hadisə uşaqlar üçün
maraqlıdır. Rejissor Elşad
Rəhimzadə hesab edir
ki, sənətlə erkən
yaşlarında tanışlıq balacaların estetik zövqünün tərbiyə
olunmasında son dərəcə vacibdir: “Düşünürəm ki, yeni yaranan
“Bəbə səhnəsi”ndə balacalar üçün nağıllar və hekayələr
əsasında kukla, maska
və maket üslublarında tamaşalar təqdim etməyimiz faydalı olacaq”.
Mədəniyyət.- 2021.- 27
oktyabr.- S.5.