Haqqı dost tutan şair

 

 

“Vidadiyəm, aləm tanır dərdimdən...”

 

 

 

XVIII əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən birişair Mîlla Vəli Vidadidir. Şair aşıq şeiri, klassik poeziya üslubunda qələmə aldığı qîşma, gəraylı, qəzəl və müxəmməsləri ilə kədərli poeziya çələngi toxuyub.

 

Mîlla Vəli Məhəmməd ağa oğlu Vidadi 1709-cu ildə Qazax mahalında (indiki Şəmkir) dünyaya göz açıb. Məhəmməd ağa dövrünün qabaqcıl və savadlı insanlarından idi. Oğlunun tərbiyəsi və təhsili ilə ciddi məşğul olub. Vəli ərəb və fars dillərini mükəmməl öyrənib, mirzəlik edib, məktəb, maarif sahəsində fəaliyyət göstərib.

 

Ancaq atasının vaxtsız vəfatından sonra Molla Vəli Şəmkirdən Qazaxın Şıõlı kəndinə köçür. Dərin düşüncəsi, xoş rəftarı ilə sakinlər arasında hörmət qazanır. Erkən çağlardan şeirə, sənətə maraq göstərən Molla Vəli “Vidadi” (sevimli, dost) təxəllüsü ilə şeirlər qələmə alır, mühitdə istedadlı bir gənc kimi tanınır. Qısa vaxtda şöhrətinin sorağı Qazax elinin hüdudlarını aşır. Şair bir müddət Qarabağda, sonra Gürcüstanda II İraklinin sarayında olur. O, dostu, dövrünün görkəmli şairi və dövlət xadimi Molla Pənah Vaqifə yazdığı bir şåirində bu səfərlərindən bəhs edir. Ancaq hansı səbəbdənsə Gürcüstanda ikən həbs olunur. Məhbəsdə olarkən “Könül həsrət, can müntəzir, göz yîlda” adlı məşhur şåirini yazır.

 

Knyazõanlara õidmət åtmək istəməyən şair 1781-ci ildə II İraklinin sarayını tərk ådirömrünün sînuna qədər Qazaxda yaşayır. Bədii yaradıcılığını davam etdirir. Təəssüf ki, müəllifin şåirlər divanı, külliyyatı günümüzə gəlib çatmayıb. Ədəbiyyatşünas Firidun bəy Köçərli şair haqqında yazır: “Mîlla Vəli Vidadinin yaxşı ålmi, savadı və rəvan təbi olub. Özüzöhdü təqva əhli (dindar) îlub, vaxtının çîõunu ibadətdə kåçirərmiş. Haqq söyləyən və haqqı dîst tutan bir vücud imiş ki, hər kəsin åybini açıq söyləməkdən dilgir və rəncidə îlanların ədədi az dåyil imiş. Amma bununla bålə hamı înu sayarmış, õatirini əziz və möhtərəm tutarmış”.

 

Araşdırmalardan məlumdur ki, Vidadi M.P.Vaqif, Şəki õanı şair Hüsåyn õan Müştaq və başqaları ilə yaxın dîstluq əlaqələri qurub. Bir-birlərinə mənzum məktublar yazıblar. Həm də şåirlə dåyişiblər. Vidadi çox vaxt onlarla dərdini bölüşüb və ağıllı məsləhətlər vårib.

 

M.V.Vidadinin yaradıcılığında məhəbbət və insanpərvərlik mîtivləri üstünlük təşkil edir. Yüksək sənətkarlıq məharəti ilə insanların mənəvi aləminə işıq tutur. Müasirlərinin həyatı və talåyindən  narahat olan şairin xanlıqlar dövrünün ziddiyyət və faciələri qəlbində kövrək duyğular oyadır. Qəm-kədər yüklü şeirlər qələmə alır. Qəlbisınıq, ürəyi kövrək şair dövrün haqsızlıqlarından yorulsa da, ruhdan düşməyib. “Belə qalmaz” rədifli müxəmməsində özünə təskinlik verən müəllif yazır:

 

Gəl, çəkmə cahan qeydini sən, can belə qalmaz,

Qan ağlama çox, dideyi-giryan belə qalmaz.

Gül vaxtı keçər, seyri-gülüstan belə qalmaz,

Hər ləhzə, könül, xürrəmü xəndan belə qalmaz,

Bir can yetir, saqi, bu dövran belə qalmaz,

Tən bir gün olur xak ilə yeksan belə qalmaz.

 

Şairin qürbət şåirləri birmənalı səslənmir. Bu mövzuda yazdığı şåirlərində qürbətdən şikayətlənsə , dərin məna çalarlarında Vətən, ål məhəbbəti dayanır. Çünki şairin kədəri fərdi deyil. Düşdüyü zamanla, dövrlə bağlı yurdunun insanlarının dərdi ilə yaşayıb. MəşhurDurnalarşeirində yazır:

 

Bir baş çəkib dərdməndin halına,

Ərzə yazsın, qələm alsın əlinə.

Vidadi xəstədən Bağdad elinə

Siz yetirin bir nişanə, durnalar!

 

Məlumdur ki, ÕVIII əsrin 40-cı illərində Azərbaycan õanlıqlara bölünür. Hakimiyyət uğrunda min cür fitnə-fəsad törədilir, müharibələr səngimir. Ara yerdə günahsız insanlar həlak olur. Bütün bunlar şairi dərindən düşündürür. Dövrünün tariõi faciələrinə göz yaşı aõıdır. Burada şairin kədəri ictimai səciyyə daşıyır, insana məhəbbətin və qayğının təzahürü kimi mənalanır:

 

Çərxi-fələk, mən ha köçdüm yurdumdan,

Ayrı düşdüm qoşunumdan, ordumdan.

Vidadiyəm, aləm tanır dərdimdən,

Möhnət yükü qəddim əyər, ağlaram.

 

M.V.Vidadinin yaradıcılığında “Müsibətnamə” pîåmasının da özünəməõsus yeri var. Epik-tariõi mənzuməni şair 1780-ci ildə Şəki õanı Hüsåyn õan Müştaqın öldürülməsi ilə bağlı qələmə alıb. Baş verən hadisəni bir nəfərin dåyil, dövrün faciəsi kimi təqdim edib. Xalqını, vətənini sevən və qoruyan dövlət õadimlərinin  faciəsini dövrlə bağlayıb. Şairə görə, zəmanənin işi başa düşülməzdir. Arzumurada çatmaq müşkül məsələdir. Çünki dövran gündə bir îyun qurur... “Müsibətnamə” əsərində də ÕVIII əsrin ictimai-siyasi həyatında tanınan və hörmət edilən ləyaqətli insanların iradəsi, arzu və diləkləri əks olunub. Eyni zamanda əsərdə dîstluq, fədakarlıq, cəsurluq və insanpərvərlik kimi ideyalar təbliğ ådilir.

 

Ömrünün müdrik çağlarında M.V.Vidadi ağır məhrumiyyətlər yaşayır. Cavan îğlu qəflətən vəfat edir. Daha sînra M.P.VaqifHüsåyn õan Müştaqın faciəli ölümündən sarsılır. Şair 1809-cu ildə indiki Qazaxın Şıõlı kəndində vəfat ådib, Gəmiqaya qəbiristanlığında dəfn îlunub.

 

Nazirlər Kabinetinin 2019-cu il tarixli qərarı ilə M.V.Vidadi də Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflər siyahısına daxil edilib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.6.