“Sonuncu”
filmi Polşada mükafata layiq görülüb
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi
və “Salnaməfilm” studiyası tərəfindən
istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CİNEMA” 25-ci Beynəlxalq
Sənədli Film Festivalında
“Bürünc qəsr”
mükafatına layiq görülüb.
19-24 oktyabr tarixində
Polşanın Poznan şəhərində
gerçəkləşən festivalın tammetrajlı sənədli filmlər müsabiqəsində “Sonuncu”
ilə yanaşı
13 ekran əsəri yarışıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari
müəllifləri Esmira
Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru Polşadan dəvət olunmuş Mateuş Çuxnovskidir.
Film Xəzər dənizindəki
Kürdili adasının
sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə dənizdə
suyun səviyyəsinin
qalxması nəticəsində
vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək
yaşayış üçün
əlverişsiz hala gəlir. Əhalinin əksəriyyəti adadan köçür.
Daha orada heç kim
yaşamır... 68 yaşlı
Vitalidən başqa.
O, adayla nəfəs alır. Son nəfəsini
də bu adada verir – elə
kamera qarşısında.
Xatırladaq ki, “Sonuncu” Polşada
daha bir festivalda yarışacaq. Ekran əsəri
13-20 noyabr tarixində
Torun şəhərində keçiriləcək 29-cu “EnergaCAMERİMAGE”
Beynəlxalq Film Festivalının
qısametrajlı sənədli
filmlər üzrə
müsabiqəsində də
iştirak edəcək.
Mədəniyyət.- 2021.- 27
oktyabr.- S.3.