“Qarabağ
inciləri” – regional idarənin
yeni layihəsi
Bərdə Regional Mədəniyyət İdarəsinin
Tərtər nümayəndəliyi
və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə “Qarabağ inciləri” layihəsinə
başlanılıb. Layihə işğaldan
azad olunmuş bölgələrin tarixi,
coğrafiyası, flora və
faunası, adət-ənənələri,
şifahi xalq yaradıcılığı və
tanınmış şəxsiyyətlərini
təbliğ etmək
məqsədi daşıyır.
Layihə üzrə “Qarabağın
tarixi şəxsiyyətləri”
adlı ilk mövzu dahi bəstəkar, Azərbaycan professional musiqisinin
banisi Üzeyir Hacıbəyliyə həsr
olunub.
Regional idarənin Tərtər
rayonu üzrə nümayəndəsi Ceyhun
İsmayılzadə və
Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova bölgənin tanınmış
şəxsiyyətləri haqqında
söz açıblar. Sonda Ü.Hacıbəyliyə
həsr edilmiş videoçarx göstərilib,
bəstəkarın mahnıları
ifa olunub.
Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.4.