Milli ruhumuzun
bayramı Zəfər notlarına köklənəcək
Tariximizə şan və
şərəf səhifəsi kimi
yazılan 44 günlük Vətən
müharibəsində tarixi Zəfərin
ildönümü yaxınlaşır. Bir il öncə bu günlər
Azərbaycan xalqı, eləcə də dünya
azərbaycanlıları Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun Vətən
torpaqlarını kəndbəkənd, şəhərbəşəhər
işğaldan azad etməsindən
sonsuz həyəcan və qürur
içində idi. Qalibiyyət
soraqlı xəbərlər bir-birini əvəz
etdikcə hər kəs bu Zəfər
yürüşünə tac olacaq ən böyük
müjdəni gözləyirdi... 2020-ci ilin
8 noyabrında müzəffər Ali Baş Komandan bu müjdəni – Qarabağın baş tacının, mədəniyyətimizin
beşiyinin azad
olunması xəbərini bizlərə verdi.
Bu, otuz ilin intizarına,
yurd həsrətinə
son – milli ruhumuzun bayramı idi.
Bir ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi
olan bu tarix
mədəniyyətin bütün
sahələrinə sirayət
edərək, Zəfər
ruhumuzu alovlandırır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 1-10 noyabr tarixində şanlı Qələbəmizin birinci
ildönümü münasibətilə
keçiriləcək silsilə
tədbirlər də
bunun təsdiqi olacaq.
Zəfər ruhlu rəngarəng tədbirlər ölkənin
aparıcı teatr-konsert
müəssisələrində qabaqcıl kollektivlərin
iştirakı ilə
gerçəkləşəcək.
Qələbə notlarına köklənmiş
proqram 2 noyabrda Heydər Əliyev Sarayında “Qarabağ bizimdir!” Zəfər konserti
(Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) ilə başlayacaq. 3 noyabrda Kamera və Orqan Musiqisi Zalında gənc istedadların iştirakı
ilə Zəfər Gününə həsr olunan musiqi gecəsi,
noyabrın 4-də Beynəlxalq
Muğam Mərkəzində
“Havalansın Xanın
səsi!” adlı milli musiqi axşamı
(tədbir həm də Xan Şuşinskinin
120 illiyinə həsr
olunur) keçiriləcək.
Zəfər Gününə
həsr olunmuş silsilə tədbirlər
5 noyabrda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 44 günlük Vətən müharibəsində Ordumuzun
qazandığı Zəfərə
və şəhidlərin
xatirəsinə həsr
olunmuş “4.4 Qısa
Tamaşalar Festivalı”nın
yekun mərasimi, 6 noyabr tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının
“Zəfər” konserti
(tamaşaçı qismində
şəhid və qazi övladları dəvət olunacaq) ilə davam edəcək.
Proqrama həmçinin noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək
“Jazz says Victory” caz axşamı və
Heydər Əliyev Sarayının ilk dəfə
təqdim edəcəyi “Qarabağ şikəstəsi”
oratoriyasının (bəstəkar Vasif
Adıgözəlov) musiqili-xoreoqrafik səhnə
versiyası, eləcə də 10 noyabrda
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında Xalq artisti
Sərdar Fərəcovun “Cavad xan” baletinin nümayişi daxildir. Mədəniyyət
Nazirliyinin dəstəyi ilə keçirilmiş, Vətən müharibəsindəki
şanlı Qələbəyə həsr olunmuş
bəstəkarlıq müsabiqəsinin qalibləri də bu ərəfədə elan
olunacaq.
Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.1.