Nizaminin 880 illiyinə həsr olunan poçt markası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 880 illiyinə
həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.
Nazirlikdən verilən məlumata
görə, buraxılış
1 markadan ibarət blok şəklində
hazırlanıb. Blokun eskizi
mövzuya uyğun olaraq tərtib edilib. Markanın üzərində Nizami Gəncəvinin portreti, blokun kənarlarında isə “Xəmsə”yə daxil olan poetik incilər
miniatür şəklində
təsvir olunub.
Müəllifi rəssam Orxan Qarayev olan poçt
markası 5 min tirajla nəşr edilib. Poçt markası
ilə yanaşı,
200 ədəd “birinci
gün” zərfi də hazırlanaraq çap olunub.
Qeyd edək
ki, ölkə başçısının 2021-ci ilin “Nizami Gəncəvi
İli” elan olunması barədə sərəncamının icrası
ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında
bu mövzuda poçt markasının hazırlanması da əksini tapıb.
Mədəniyyət.- 2021.- 29
oktyabr.- S.8.