Şuşa. Vaqifin məqbərəsi. Təkrarlanan tarix...

 

“Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq”

 

 

 

Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq.

 

Prezident İlham Əliyev bu sözləri avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin açılışında çıxış edərkən deyib.

 

Dövlət başçısı qeyd edib ki, Vaqifin məqbərəsi işğal edilmiş torpaqlardakı bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalıb. Bu gün isə məqbərə tam bərpa edilibikinci açılışı olub.

 

Prezident vurğulayıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması sıradan olan hadisə deyildi: “Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, ulu öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.

 

Prezident qeyd edib ki, 1992-ci ilin mayında Şuşanın işğalı digər rayonların itirilməsinə təkan vermişdi. Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idikbiz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdikmilli ləyaqətimizi bərpa etdik”, – deyə İlham Əliyev bildirib.

 

Vətən müharibəsindən sonra ilk dəfə Şuşaya 2021-ci ilin 14 yanvarında – Vaqifin məqbərəsinin açılışının keçirildiyi gündən düz 39 il sonra gəldiyini deyən Prezident İlham Əliyev bildirib ki, bunun da böyük rəmzi mənası var idiilk göstərişlərdən birio oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin: “Yanvar ayından bu günə qədər, 7 ay ərzində artıq çox böyük işlər görülübŞuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görür.

 

Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür... Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizinNatəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi mənim tərəfimdən mərkəzi meydanda qoyuldu dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik...”.

 

Prezident diqqətə çatdırıb ki, artıq Şuşanın müfəssəl işlənmiş Baş planı təsdiq edilib: “Birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur, üç, dörd beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar”.

 

Dövlət başçısı çıxışını bu sözlərlə bitirib: “İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq bundan sonra Şuşada əbədi yaşayacağıq.

 

Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər bir çox başqa tədbirlər artıq keçirilir keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.

 

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”.

 

Mədəniyyət.- 2021.- 1 sentyabr.- S.1.